azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

"Altılıq"ın İranın qarşısının alınmasına əməkdaşlığı

"Altılıq"ın İranın qarşısının alınmasına əməkdaşlığı
M.Əhmədinecat İsrailin İranın nüvə obyektlərinə hücum edə biləcəyi təxminləri ilə də razı deyil: "İsrail bizimlə müharibə etmək üçün çox zəifdir. Bizə hücum edəcək istənilən qüvvənin qarşısını almağa hazırıq".
İranın həyata keçirdiyi nüvə proqramı və uranın zənginləşdirilməsiylə bağlı işlər "Altılıq"ın (Çin, Rusiya, Böyük Britaniya, ABŞ, Fransa və Almaniya) xarici işlər nazirlərinin BMT Baş Assambleyası çərçivəsində keçiriləcək görüşündə müzakirə ediləcək.
ABŞ ümid edir ki, Gürcüstan məsələsindəki fikir ayrılıqlarına rəğmən, İranın nüvə proqramının qarşısının alınmasına yönəlmiş səylər çərçivəsində Moskva ilə əməkdaşlığı davam etdirmək mümkün olacaq.İran prezidenti Mahmud Əhmədinecat isə Beynəlxalq Nüvə Enerjisi Agentliyinin (BNEA) Tehranın nüvə proqramı ilə bağlı son hesabatını şərh edərkən bildirib ki, onların gördükləri işlər sırf dinc xarakterlidir.
"Bu hesabatdaa "təxmin edilən tədqiqatlar"la bağlı ifadələrdən savayı, İran üçün mənfi sayıla biləcək heç nə yoxdur, - M.Əhmədinecat söyləyib. - Təxminlənən tədqiqatlar məsələsi isə BNEA-nın səlahiyyətləri xaricində olan məsələdir".
M.Əhmədinecat İsrailin İranın nüvə obyektlərinə hücum edə biləcəyi təxminləri ilə də razı deyil: "İsrail bizimlə müharibə etmək üçün çox zəifdir. Bizə hücum edəcək istənilən qüvvənin qarşısını almağa hazırıq".
Bu arada ABŞ-da 16 xarici ölkə vətəndaşı və şirkətinə İrana hərbi məqsədlərlə istifadə edilə biləcək mallar satmaqla bağlı ittiham irəli sürülüb. Həmin mallar İrana beynəlxalq qanunların pozulması şərti ilə Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Böyük Britaniya, Almaniya və Sinqapur vasitəsilə göndərilib.
Mayami məhəməsində müttəhim sayılanlar arasında altı iranlı (Əli Əkbər Yəhya, Fərux Niya Yaqmeyi, Bəhmən Qəndi, Fərşid Gilardiyan, İshaq Gilardiyan və Əhməd Qəhzad Məcid Seif), malayziyalı Kam Çe Mun və Almaniya vətəndaşı Cəmşid Necat var.
Şirkətlərə gəldikdə isə, onlar "Mayrow General Trading", "Atlinx Electronics", "Micatic General Trading", "Madjico Micro Electronics" və "Əl Faris" (hamısı BƏƏ); İranın "Neda İndustrial Group", habelə Malayziyanın "Eco Biochem Sdn BHD" və "Vast Solution Sdn BHD" firmalarıdır.
Bu şirkətlərdənt bəziləri İran dövlətinin nəzarətindədir.
İrana ötürülən mallar arasında 120 ventil matrisi, 5 min inteqral sxem, 345 GPS sistemi, habelə bombaları uzaqdan işə salmağa imkan verən mikroçiplər olub.
Əgər ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqonun pozulması ilə bağlı müttəhimlərə qarşı irəli sürülən ittihamlar təsdiqlənərsə, onları 20 il həbs gözləyir.butovaz

Hiç yorum yok: