azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Eylül 2008 Salı

Moskvada Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçirilib

Moskvada Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçirilibİ.Əliyev və D.Medvedev bölgədə sülh və sabitliyin tərəfdarı olduqlarını bəyan edib
Moskvada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Kremldə rusiyalı həmkarı Dmitri Medvedevlə görüşüb. «Novosti-Azərbaycan» informasiya agentliyi xəbər verir ki, İ.Əliyev Qafqaz regionunda sülh və sabitliyin əldə edilməsi istiqamətində səy göstərilməsinin tərəfdarı kimi çıxış edib.
Dmitri Medvedev isə İ.Əliyevlə görüşü «işlərin indiki mərhələsi, dinamik inkişaf edən ikitərəfli münasibətlərin inkişafını müzakirə etmək üçün növbəti imkandır». O,Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin bu ilin sonuna qədər iki milyard dolları keçəcəyinə ümidvar olduğunu bildirib. «Biz əməkdaşlığımızdan razıyıq. Bakıya səfərim zamanı qeyd etdiyimiz mərhələlərə çatırıq və ümidvaram ki, ilin sonunadək mal dövriyyəsi iki milyard dollarlıq həddə çatacaq. İqtisadiyyatda vəziyyət o qədər qənaətbəxş olmasa belə. Lakin sevindirici odur ki, bizim görüşlərimiz formal xarakter daşımır».
İlham Əliyev isə qeyd edib ki, Azərbaycan və Rusiya arasında mal dövriyyəsi sürətlə inkişaf edir və onun strukturu daha da yaxşılaşır. «Biz əməkdaşlığın inkişafından razıyıq, onlar çox geniş spektrləri əhatə edir». Azərbaycanın dövlət başçısı Bakıda Moskva Dövlət Universitetinin filialının açılmasını vurğulayıb və deyib ki, bu, qarşıyı qoyulan məqsədlərə nail olmasının nümunələrindən biridir. /ANS PRESS/

Hiç yorum yok: