azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Eylül 2008 Salı

ABŞ İSRAİLƏ 1000 BUNKERDAĞIDAN BOMBA VERİR İran isə yəhudi dövlətinin mümkün hücumlarına qarşı irimiqyaslı hərbi manevrlərə başlayıb

ABŞ İSRAİLƏ 1000 BUNKERDAĞIDAN BOMBA VERİR İran isə yəhudi dövlətinin mümkün hücumlarına qarşı irimiqyaslı hərbi manevrlərə başlayıb
ABŞ Müdafiə Nazirliyi İsrailə bunkerlərə qarşı istifadə edilən 1000 “ağıllı” bomba satmaq planları haqda Konqresi məlumatlandırıb. Bu barədə İsrailin “Cerusalem Post” qəzeti xəbər yayıb. Bildirilir ki, əgər Konqres 30 gün ərzində bu anlaşmaya qarşı çıxmasa, bombalar İsrailə yola salınacaq. Xatırladaq ki, ötən həftə Təl-Əvivin ABŞ-dan İrana qarşı istifadə etmək üçün bunkerdağıdan bombalar xahiş etdiyini, lakin bu xahişə müsbət cavab verilmədiyi haqda xəbərlər yayılmışdı. Lakin İsrail qəzeti yazır ki, Pentaqon yəhudi dövlətinə GBU-28 tipli ən müasir bunkerdağıdan bombaları verməsə də, onun əvəzində daha ucuz, hədəfi yüksək dəqiqliklə vura bilən, ancaq nisbətən yüngül GBU-39 bombalarını verməyə razıdır. GBU-28 bombalarının çəkisi 2.2 ton olduğu halda GBU-29 bombalarının çəkisi cəmi 113 kiloqramdır, lakin o, 900 kiloqramlıq adi bombalar qədər dağıdıcı gücə malikdir. Bu isə təyyarələrə daha çox bomba yükləməyə imkan verir. İsrail ABŞ kimi ağır strateji bombardmançılara malik deyil, bu baxımdan İrana qarşı mümkün hərbi əməliyyatlar zamanı F-15 və F-16 bombardmançılarına yüklənmiş GBU-39 bombaları daha effektli ola bilərdi. Lakin bu bombalar cəmi 1.5 metr qalınlığında beton təbəqəni deşə bilir. Bu baxımdan ekspertlər GBU-39 bombalarının İrana qarşı mümkün hərbi əməliyyatlarda effektli olmayacağını deyirlər. Çünki İranın nüvə obyektləri bir neçə metr qalınlığında beton bunkerlərin altında yerləşir. Bununla belə, GBU-39 bombaları hədəfi dəqiq nişan aldığına görə onunla böyük dağıntılara yol açmadan əhalinin sıx yaşadığı məntəqələrdə hədəfləri vurmaq mümkündür.Bildirilir ki, Pentaqon son aylarda ilk dəfə İsrailə hücum silahları verir. Pentaqon rəsmiləri bildiriblər ki, İsrailin hərbi potensialının artırılması ABŞ-ın maraqları üçün həyati əhəmiyyət kəsb edir. Xəbər verildiyi kimi, İsrailin bu ilin sonunadək İranın nüvə obyektlərinə hava hücumları təşkil edəcəyi haqda məlumatlar var. Lakin o da bəllidir ki, Vaşinqton yəhudi dövlətini bu addımdan çəkindirməyə çalışır. İran isə İsrail və ya ABŞ-ın mümkün hücumlarına qarşı növbəti irimiqyaslı hərbi manevrlər təşkil edib. Bu manevrlərdə Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Sistemləri də iştirak edir. Müdafiə naziri Mustafa Məhəmməd Nəcar deyib ki, təlimlərin məqsədi ABŞ və ya İsrailin mümkün təcavüzünə qarşı silahlı qüvvələrin döyüş hazırlığını yüksəltməkdir.Xəbər xidmətimusavat

Hiç yorum yok: