Rusiya və Türkiyə arasında sadələşdirilmiş gömrük proseduru haqqında müqavilə imzalanıb
Rusiya və Türkiyə arasında sadələşdirilmiş gömrük proseduru haqqında protokol imzalanıb. Bu haqda Türkiyənin «Cihan» agentliyi məlumat verib. Sadələşdirilmiş gömrük proseduru haqqında protokolu Rusiya tərəfdən Rusiya Federal Gömrük İdarəsinin başçısı Andrey Belyaninov, Türkiyə tərəfdən isə Gömrük İdarəsinin başçısı Emin Zararsız imzalayıb. Protokola əsasən, öz malları və onların qiymətləri haqqında Rusiya tərəfini əvvəlcədən məlumatlandıran türk firmaları gömrük məntəqələrində vaxt itirməyəcəklər. Bu qaydaya əməl etməyən firmalar isə tam gömrük nəzarətindən keçəcək. Trend
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder