azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Eylül 2008 Pazartesi

“İRAN ƏTRAFINDA ƏSƏB MÜHARİBƏSİ GEDİR

“İRAN ƏTRAFINDA ƏSƏB MÜHARİBƏSİ GEDİR” Rasim Musabəyov: “Hazırda əməliyyatların aparılması üçün elə də əlverişli vəziyyət mövcud deyil”
Rusiyanın Gürcüstana təcavüzündən sonra bir müddət dünyanın gündəmində arxa plana keçmiş İran ətrafındakı vəziyyət yenidən aktuallaşmaqdadır. Qərb mənbələrinin İsrailin İrana zərbələr endirməyə israrlı olduğu haqda xəbər verməsi də buna işarə sayıla bilər.Gələn məlumatlarda hətta İsrailin ABŞ-ın razılığını gözləmədən belə İranın nüvə obyektlərinə hava zərbələri endirmək üçün son hazırlıq mərhələsinə daxil olduğu deyilir. Ölkənin baş naziri xarici işlər nazirinin təcili məsləhətləşmələr keçirərək İranın nüvə problemini müzakirə etmələri vəziyyətin doğrudan da ciddiliyindən xəbər verir. Digər tərəfdən, gərginliyin artmasını və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyini nəzərə alan ABŞ-ın növbəti təyyarədaşıyan gəmisini Aralıq dənizinə göndərməsi İranla bağlı planların tezliklə reallaşa biləcəyinin əlaməti kimi yozulur. Üstəlik, Britaniya mətbuatının da İsrailin ABŞ-dan İrana zərbə endirmək üçün İraqın hava məkanını açmağı xahiş etməsindən bəhs edən material dərc etməsi, eyni zamanda İsrailin “Haratez” qəzetinin Təl-Əvivin Vaşinqtondan İrana qarşı hərbi əməliyyatlara başlamaq üçün dəstək istədiyi haqda xəbər verməsi gərginliyin yüksək fazaya keçməsinin əlamətidir. Heç şübhəsiz qonşu ölkə olaraq Azərbaycanda narahatlıqla qarşılanır. İran əməliyyatlarının başlanması regionda dəhşətli vəziyyət yarada bilər.Ancaq politoloq Rasim Musabəyov bu kimi materialların vaxtaşırı mətbuata yol tapdığını, ancaq bunun ardınca hərbi hücumun olmadığını xatırladıb nəticə çıxarmağa tələsməməyi məsləhət bildi: “İnanmaq istərdim ki, İrana qarşı hərbi əməliyyatlar bu dəfə də baş verməyəcək. Sadəcə, əsəb müharibəsi gedir. Halbuki İranın nüvə ilə bağlı işlərini irəli aparması təbii olaraq İsraili ciddi şəkildə narahat edir. Ancaq İran da buna cavab verir ki, o, xətti keçmir. Digər tərəfdən ABŞ bilavasitə iştirak etməsə, İsrail İrana zərbə endirməklə müəyyən zərər vuracaq, ancaq paralel olaraq gərginlik artacaq. Yəni İsrailin zərbələri heç də məsələni həll etməyəcək, bunun sonrası var. Onun qarşısında durmaq lazımdır”. R.Musabəyov Rusiyanın İranla koalisiyada birləşməsini mümkün saymadı: “Bu, mümkün deyil, koalisiya-filan olmayacaq. Ancaq Rusiya Qərbə əzələ nümayişi və ya diş göstərmək üçün istisna olunmur ki, hərbi hava sistemlərinin arzuolunmayan növlərini ötürmək niyyətinə düşsün. Lakin bununla qaş düzəltmək əvəzinə vurub göz də çıxara bilər. Çünki İsrail həmin sistemlərin İranda qurulması prosesinin başa çatmasını gözləməyəcək və zərbə endirəcək”. Politoloq İran əməliyyatının aparılması üçün elə də əlverişli vəziyyətin mövcud olmadığı qənaətindədir: “İstisna etmirəm ki, bu gün neftin qiymətinin kəskin düşməyindən narahat olan oyunçular hansısa gərginliyi artırmaqda maraqlıdırlar. Kimlərsə neftin qiymətlərini nəzərə alaraq kontraktlar bağlayıbsa, qiymətlər aşağı düşəndə təbii ki, müflis olacaq. Odur ki, bu cür hadisənin törədilməsində, ya törətmək ehtimalının gündəliyə gətirilməsində maraqlıdırlar. Ola bilsin ki, buna oynayanlar var. Rusiyanın da bu məsələyə baş qoşması mümkündür. Böyük müharibə hər zaman mümkündür, ancaq ortalığa sual çıxır, gəlib İrana zərbəni endirdilər, sonra nə baş verəcək? Kimsə gəlib İranı işğal edib nəzarət altına almaq iqtidarındadırmı? ABŞ bunu bacarmaz. Sonra nə baş verəcək sualı açıq olduğu üçün hər halda düşünürəm ki, böyük oyunçular ehtiyatlı davranacaq. Yəqin ki, ABŞ İsrailin hərəkətlərini də nəzarətdə saxlamağı bacaracaq”. Cavid TURANmusavat

Hiç yorum yok: