AXCP-dən kütləvi istefalar var
Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Qulamhüseyn Əlibəylinin partiya sıralarından istefa verməsindən sonra paytaxt və yerlərdə AXCP-dən qopmalar başlayıb.
“OLAYLAR”İA-ya daxil olan məlumata görə, partiyanın Qobustan rayon təşkilatından Ali Məclisin üzvü olan Məzahir Qayıbov bir qrup tərəfdarı ilə AXCP-dən istefa verib. Bununla bağlı bəyanat yayan keçmiş cəbhəçilər Qulamhüseyn Əlibəylinin tərəfinə keçdiklərini və onun seçki kampaniyasında yaxından iştirak edəcəklərini bildiriblər.
Bəyanat müəllifləri partiyadan istefa vermələrinin səbəblərini AXCP-nin son illərdə uğursuz siyasət aparması ilə əlaqələndiriblər.
19 Eylül 2008 Cuma
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder