azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Eylül 2008 Pazartesi

ƏHMƏDİNEJAD ABŞ-a GEDİR İran prezidenti vəd edir ki, Nyu Yorkda çoxlu xoş xəbərlər açıqlayacaq

ƏHMƏDİNEJAD ABŞ-a GEDİR İran prezidenti vəd edir ki, Nyu Yorkda çoxlu xoş xəbərlər açıqlayacaq

İran prezidenti Mahmud Əhmədinejad BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək. Bu barədə onun özü məlumat verib. Baş Assambleyanın sessiyası bu gün açılır, sessiyada prezidentlərin və hökumət başçılarının çıxışı sentyabrın 22-dən başlayacaq. Əhmədinejad deyib ki, o yaxın günlərdə BMT-nin mənzil-qərargahına yola düşəcək və bu zaman çoxlu xoş xəbərlər açıqlayacaq. “Mənim səfərim zamanı dünya çoxlu xoş xəbərlər eşidəcək”, deyə o bildirib. Əhmədinejad deyib ki, sessiya çərçivəsində onun çoxsaylı görüşləri nəzərdə tutulub.İran mətbuatının xəbərlərinə görə, Əhmədinejadın BMT tribunasından çıxışı sentyabrın 23-də olacaq. Lakin Amerika tərəfi hələlik İran prezidentinə və onu müşayiət edən nümayəndə heyətinə viza verməyib. Bunu xarici işlər naziri Manuçehr Möttəki də təsdiqləyib. Nazir deyib ki, İran tərəfi hazırda viza məsələsi ilə məşğuldur: “Təəssüf ki, bu məsələdə biz əvvəllər olduğu kimi ABŞ tərəfinin əngəlləri ilə qarşılaşırıq.” Qeyd edək ki, ötən il Əhmədinejadın şəxsi mühafizə xidmətinin əməkdaşları və İran prezidentinin həkimi Nyu Yorka buraxılmamışdı. Həmçinin İran prezidentinin Nyu Yorkda hərəkətinə də ciddi məhdudiyyət tətbiq edilib.Siyasət şöbəsimusavat

Hiç yorum yok: