azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

«Əsrin müqaviləsi»nin imzalanmasından 14 il ötür

«Əsrin müqaviləsi»nin imzalanmasından 14 il ötürBu gün Azərbaycan neftçilərinin peşə bayramıdır Bu gün əsrin müqaviləsindən 14 il ötür. Bu gün həm də Azərbaycan neftçilərinin peşə bayramıdır. Tarix boyu neft ölkəsi kimi tanınan Azərbaycanda neft istehsalı XX əsrdə daha da inkişaf edib. 1994-cü il sentyabrın 20-də isə «Əsrin neft müqaviləsi» imzalanandan sonra yeni neft strategiyası və doktrina da irəli sürülüb. Qeyd edək ki, 1994-cı ilin 20 sentyabrında Gülüstan sarayında Amerikanın «Amoko», «Yunokal», «Pennzoil», «Makdermott», Böyük Britaniyanın «British Petroleum» və «Ramko», Norveçin «Statoil», Rusiyanın «Lukoil», Türkiyənin «Türk Petrolları», Səudiyyə Ərəbistanın «Delta» şirkətinin yaratdığı konsorsium əsasında Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birlikdə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında «Əsrin neft müqaviləsi» adlı saziş imzaladı./ANS TV/

Hiç yorum yok: