azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

"Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyirik

"Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyirik" Kondaliza Rays: "Türkiyə kimi müttəfiqlərimizlə Qafqazda əməkdaşlıq fondu yaratmaq üzərində işləyirik"
ABŞ-ın dövlət katibi Kondoliza Rays Transatlantik Siyasət Mərkəzi-Marşall Fondunda çıxışında bir sıra diqqət çəkən bəyanatlar səsləndirib. O deyib ki, ABŞ və Avropa birmənalı olaraq Rusiyaya qonşu dövlətlərin müstəqillik və ərazi bütövlüyünü dəstəkləyir. Dövlət katibi vurğulayıb ki, Vaşinqton Moskvanın suveren ölkələrə və azad xalqlara qarşı təzyiq cəhdlərinin qarşısını alacaq. ABŞ və Avropa həmin qonşu dövlətlərlə əlaqələrini möhkəmlədir: "Biz regionun daha bir münaqişəsini-Dağlıq Qarabağ məsələsini həll etmək istəyirik və dost ölkələr, Türkiyə kimi müttəfiqlərimizlə Qafqazda əməkdaşlıq fondu yaratmaq üzərində işləyirik".
Rəvan Məmmədli
Qafqazda enerji məsələsinə də toxunan dövlət katibi bildirib ki, ABŞ və Avropa böyük enerji müstəqilliyinə nail olmaq üçün Azərbaycan, Gürcüstan, Türkiyə və Xəzər ölkələri ilə əməkdaşlığı gücləndirir: "Biz iqtisadiyyatda açıq qlobal enerjini genişləndirəcək və ziyanlı təcrübədən müdafiə edəcəyik. Hər şey tək Rusiya və ya bir başqasının qoyduğu qaydalara uyğun ola bilməz"."Rusiyanın gələcəyi Rusiyanın öz əlindədir",- deyən Kondaliza Rays Gürcüstanla münaqişədən sonra Rusiyanın beynəlxalq aləmdəki mövqeyinin 1991-ci ildəki ilə müqayisədə zəiflədiyini söyləyib. Dövlət katibi Rusiyada avtoritar tendensiyaların gücləndiyini, xarici təcavüzkarlığın isə artdığını bildirib. Dövlət katibinə görə, Rusiya avqustun 7-də Gürcüstan ərazisinə müdaxilə etməklə çox uzağa gedib: "Gürcüstana hücum Rusiya rəhbərlərinin apardıqları siyasətin mahiyyətini açıb və Qərblə Rusiyanın münasibətlərini böhran həddinə çatdırıb. Bu cür münasibət rus xalqının da marağına ziddir, çünki ölkə iqtisadiyyatına da zərbə endirmiş olur".Kondaliza Rays onu da vurğulayıb ki, Gürcüstanın müdafiəsi məsələsində Avropa və Amerika tamamilə yekdildir. Rusiya liderlərinin öz xalqları üzərinə ağır iqtisadi yük qoyduğunu dilə gətirən dövlət katibi bu ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyə qəbulunun ciddi sual altında qaldığı qənaətindədir. Onun fikrincə, eyni sözləri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına da aid etmək olar: "Dmitri Medvedyev və Vladimir Putinin qəbul etdiyi qərarlar iqtisadiyyatı bərbad vəziyyətə saldıqca onların xalq arasındakı populyarlığı da itəcək. Bizim indi strateji məqsədimiz Rusiya liderlərinə izah etməkdir ki, onların qərarları Rusiyanı özünütəcridə və beynəlxalq yadlaşmaya aparır. Onu da deyim ki, Moskvanın Gürcüstan müharibəsindəki əsas məqsədinə - orada hökuməti devirmək məqsədinə nail olmasına heç vaxt imkan verilməyəcək". xalqcebhesi

Hiç yorum yok: