azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Eylül 2008 Perşembe

Azərbaycanda baş redaktor özünü öldürüb

Azərbaycanda baş redaktor özünü öldürüb

Azərbaycanda nəşr olunan “Yeni Kapital” qəzetinin baş redaktoru Malik İnqilab oğlu Rəfiyevin meyiti tapılıb.
Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1957-ci il təvəllüdlü M. Rəfiyevin meyiti bu gün səhər Dilarə Əliyeva küçəsində, Dəmiryol Vağzalının yaxınlığında onun özünə məxsus “Mercedes” markalı, 90 BE 952 dövlət nömrə nişanlı avtomobildə aşkar edilib.
M. Rəfiyev maşının tutacaq yerindən kəndirlə asılmış vəziyyətdə olub. Meyitinin yanında məktub da aşkarlanıb. Məktubda intiharla bağlı heç kimin günahkar olmadığı qeyd edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.apa

Hiç yorum yok: