azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Eylül 2008 Salı

“Türkiyə heç vaxt Ermənistanla əlaqələri yaxşılaşdırmaq xatirinə qondarma erməni soyqırımını tanımayacaq”<

“Türkiyə heç vaxt Ermənistanla əlaqələri yaxşılaşdırmaq xatirinə qondarma erməni soyqırımını tanımayacaq”Bunu Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının sədr müavini Egemen Baqis bəyan edib“Türkiyə heç vaxt Ermənnistanla əlaqələri yaxşılaşdırmaq xatirinə qondarma erməni soyqırımını tanımayacaq”. Bunu Polşada Türkiyə üzrə 18-ci iqtisadi forumdakı müzakirələr zamanı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Egemen Baqis bəyan edib. Bu barədə "Anatolu News" agentliyi məlumat yayıb. “Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistana üçüncü tərəfin iştirakı ilə tarixçilərdən ibarət birgə komissya yaratmağı və arxivləri açmağı təklif edib. Hələ ki, İrəvan Ankaranın təklifinə cavab verməyib”. Eyni zamanda E. Baqis qeyd edib ki, Türkiyə prezidenti Abdullah Gülün Ermənistana səfəri Türkiyənin xoş niyyətindən xəbər verir. “Bundan başqa, faciəvi hadisələrin soyqırım deyil, Birinci Dünya Müharibəsi zamanı baş vermiş vətəndaş müharibəsi olduğunu sübut edən 1 milyondan çox sənəd öyrənilib”, deyə Egemen Baqis bəyan edib. /ANS PRESS/

Hiç yorum yok: