azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Eylül 2008 Perşembe

Rusiyadan NATO-ya sərt bəyanat

Rusiyadan NATO-ya sərt bəyanat Rusiyanın xarici işlər nazirliyi bu gün NATO-nun baş katibi Yaap de Hop Sxefferin Gürcüstana səfərilə bağlı sərt bəyanat açıqlayıb. Bəyanatda deyilir ki, bu səfər "Soyuq Müharibə" reflekslərini əks etdirir və bundan sonra regionda qeyri-sabitliyə səbəb olacaq.
"Gürcüstanın Rusiya ilə müharibəsindən sonra NATO-nun bu ölkəyə dəstəyi Tbilisini yeni avantüralara sövq edə bilər", deyə bəyanatda vurğulanır.
Yaap de Hoop Sxeffer bu həftənin əvvəlində NATO üzvü olan 26 ölkənin nümayəndəsilə Tbilisiyə səfər edib.
Gürcüstan NATO-ya üzv olmaq arzusundadır, ancaq Rusiya bunun əleyhinə çıxır.
De Hoop Sxeffer Tbilisidə deyib ki, Rusiya tankları və əsgərləri Gürcüstanı NATO-ya üzv olmaqdan çəkindirə bilməz.
Ancaq o, həmçinin Gürcüstanın NATO-ya hansı müddət ərzində üzv ola biləcəyinə dair alyans daxilində fikir ayrılıqlarının olduğunu da deyib.
Dünən NATO nümayəndə heyəti Rusiya qoşunlarının müharibə zamanı işğal etdiyi Qori şəhərinə səfər edib. bbc

Hiç yorum yok: