azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Eylül 2008 Salı

İranda etnik problemlər və tələbələrə qarşı təzyiqlər

İranda etnik problemlər və tələbələrə qarşı təzyiqlər
Cənubi Azərbaycanlı, xüsusən Təbrizli tələbələrin ailələri İranın Baş Prokroruna açıq məktub ünvanlayıb. Məktubda övladlarının haqsız yerə həbs olunduğunu bildirən ailələr onların qeyri-insani üsullarla həbs olunmalarından və ETTELAAT məmurlarının onlara fiziki və mənəvi işkəncə vermələrindən şikayətləniblər. Ailələr məktubda yazıblar ki, heç bir dövlət qurumu onların ərizələrinə və şikayətlərinə baxmadığı üçün, baş prokurorluğa açıq məktub yazmağı qərara alıblar. Məlumdur ki, “İran” təhlükəsizlik orqanları tərəfindən həbs olunan tələbələr ailələri ilə əlaqa saxlamaq və vəkillə təmin olmaq hüququndan belə məhrum olublar. Ailələrin qeyri-rəsmi mənbələrdən aldıqları məlumatlara görə onların övladları ağır şəraitdə saxlanır və məmurlar tərəfindən daim fiziki və ruhi içkəncələrə məruz qalıblar. Ailələr məktubda ən azından onların övladlarına tibbi yardım göstərilməsini xahiş ediblər. Məktubu Təbriz Universitetinin tələbələri olan Fəraz Zehtab, Aydın Xacei, Səccad Radmehr, Mənsur Əmini, Əmir Mərdani, Məqsud Əhd, İran ordusunun zabiti Dariyuş Hatəmi və tələbə milli fəallı olan Məcid Makuyinin ailə üzvləri imzalayıb. Son günlərdə İranın təhlükəsizlik orqanlarının etnik siyasi qüvvələrə qarşı təzyiqləri daha da artıb. Bu isə ölkədə insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Güney Azərbaycanlı tələbələrə qarşı təzyiqlər digər etniklərə nisbətən daha şiddətli şəkildə artıb. Bunun müxtəlif səbəbləri var. Bunlar arasında Güney Azərbaycanda milli məsələlərin genişlənməsinin və tələbələrin bu sahədə fəallaşmasının hakimiyyəti real təhlükələrlə üzləşdirməsi xüsusi ilə diqqət çəkir. Azərbaycan Türklərinin təhsil aldıqları universitetlərdə, xüsusilə Azərbaycan vilayətlərində tələbə hərəkatlarının milli etnik problemlər üzrə inkişafı birbaşa “İran”ın varlığına yönəlmiş olan mübarizənin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu isə hakim dairələrdə təşvişə səbəb olan hal olduğundan təzyiqlərin artmasına gətirib çıxarır. Tələbələrin bu sahədə dirənməsi, həbslərə, işkəncələrə, şübhəli silsiləvari qətllərə və kütləvi şəkildə universitetlərdən ixrac olunmalarına rəğmən bu hərəkatı davam etdirmələri onların düşüncələrində milli məsələnin necə dərin yer tutduğunun və mübarizədə inamlı olduqlarının göstəricisi kimi dəyərləndirilməlidir. İran etnik baxımdan çox millətli ölkələr sırasında yer tutmasına baxmayaraq Farslardan başqa digər etniklərin hüquqları ciddi şəkildə çeynənir. 1979- cu ildə İran Konstitutsiyasında etniklərin öz dillərində təhsil almaq hüququ nəzərdə tutulsa da 30 ildir ki, Konstititsiyanın müvafiq maddələri belə icra olunmur. İran əhalisinin ən böyük hissəsini Türk soylu xalqlar təşkil edir. Rəsmi məlumatlarda olmasa da təxminlərə görə İranda Azərbaycan Türklərinin sayı təxminən 30 milyon (bəzi mənbələrdə daha çox göstərilir), Qaşqay Türkləri 1 -2 milyon və Türkəmənlər 2 milyondan çoxdu. Türklərdən başqa İranda Bəluç, Lor, Kürd, Ərəb, Gilək və Bəxtiyari kimi etnik qruplar da mövcudur. Onların heç birinin beynalxalq səviyyədə bütün xalqlar üçün nəzərdə tutulmuş hüqüqlardan istifadə etmək imkanı yoxdur. Bəzi millətlər müxtəlif zamanlarda öz hüquqları uğrunda mübarizə aparsa da mərkəzi hakimiyyət onların qarşısını almağa müvəffəq olub. Bu mübarizələr bəzi vaxtlarda hətta İranın parçalanması ilə nəticələnməyə də yaxın olub. Amma regionla və beynəlxalq şərait tam münasib olmadığı üçün hərəkatlar məqsədlərinə nail ola bilməyib. Bu mənada son dövrlərdə İranda müxtəlif millətlərin siyasi fəallığının artması bu ğlkə ətrafındakı beynəlxalq həlqənin daralması fonunda böyük maraq doğurur.

Hiç yorum yok: