azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

AYƏTULLAH XAMNEYİ: «İSRAİL XALQI İLƏ DOST OLDUĞUMUZU DEMƏK DÜZGÜN DEYİL. BU SÖZ MƏNTİQƏ ZİDDİR»

AYƏTULLAH XAMNEYİ: «İSRAİL XALQI İLƏ DOST OLDUĞUMUZU DEMƏK DÜZGÜN DEYİL. BU SÖZ MƏNTİQƏ ZİDDİR»
Dini rəhbər ayətullah Əli Xamneyi vitse-prezident İsfəndiyar Rəhim Məşayinin İranın İsrail və ABŞ xalqları ilə dost olması fikrinə münasibət bildirərək belə sözlərə son qoyulmasını tələb edib.
Vitse-prezident iki ay əvvəl turizmin inkişafına həsr olunmuş tədbirdə çıxış edərkən bir dini zorla dünyaya hakim etmək vaxtlarının keçdiyini demişdi: «Bu gün dünyanın qulağı ən gözəl mesajları eşitməyə açıqdır. Gələcəkdə soy, ölkə anlayışları öz əhəmiyyətini itirəcək. Gələcək insanlara məxsus olacaq. İnsanları bir-birindən ayıran hər hansı bir məntiqə tərəfdar çıxan tapılmayacaq. Biz dünyada heç kəslə müharibə etmək istəmirik. Bu gün İran ABŞ və İsrail xalqları ilə dostdur. Dünyada heç bir xalq bizim düşmənimiz deyil. Bu isə bir iftixardır. Biz ABŞ xalqının dünyanın ən üstün xalqlarından olduğuna inanırıq»
«Media forum» saytının məlumatına görə, sentyabrın 19-da Tehranda cümə namazında çıxış edən ayətullah Xamneyi vitse-prezidenti nəzərdə tutaraq söyləyib: «Bir nəfər çıxıb İsraildə yaşayan əhali barədə fikir irəli sürüb və İran xalqının onlarla dostluğundan danışıb. Bu fikir tamamilə səhvdir. Bizim dünyanın digər xalqları ilə bərəbər İsrail xalqı ilə də dost olduğumuzu demək düzgün deyil. Bu söz məntiqə ziddir».
Aytullah Xamneyi İranın İsrail xalqı ilə problemi olduğunu vurğulayıb: «Məgər İsrail xalqını təşkil edənlər kimlərdir? Bunlar başqalarının evini, yurdunu, tarlasını, ticarətini qəsb edən şəxslərdir. Bunlar sionizmin əlaltıları və davamçılarıdır. Bizim yəhudilərlə, xristianlarla heç bir problemimiz yoxdur. Lakin Fələstin xalqının yurdunu işğal edənlərlə problemimiz var. İşğalçı da sionist rejimdir».

«Media forum»

Hiç yorum yok: