azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Eylül 2008 Perşembe

"Biz bacararıq!" Ən geci 2011-ci ildə Azərbaycan bayrağı Xankəndinə sancılacaq

"Biz bacararıq!" Ən geci 2011-ci ildə Azərbaycan bayrağı Xankəndinə sancılacaqSentyabrın 17-dən prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Hər bir namizəd kampaniya zamanı öz platformasını cəmiyyətə təqdim edəcək. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin də seçki platforması cəmiyyətin bütün sferalarına məsələləri özündə əks etdirir. Azərbaycanın neçə illərdir həlinə nail ola bilmədiyi Qarabağ problemi isə seçki platformasının birinci hissəsidir. BAXCP onun sədri Qüdrət Həsənquliyev daim Qarabağ probleminin həlli istiqamətində xalqın maraqlarına cavab verən təkliflər irəli sürüb. Bu təkliflər hər zaman yüksək tribunalardan səslənib və indi də səslənir.
Arzu Şirinova
Platformada əksini tapan Qarabağ probleminin həlliylə bağlı məsələyə keçməzdən öncə bir nüansı xatırlatmaq istərdim. 2001-ci ildə, Azərbaycanın Avropa Şurasının üzvlüyünə qəbulu ərəfəsində Milli Məclisə ölkəmizin öhdəliklərini əhatə edən sənəd təqdim olundu. Bu sənədin hakimiyyətlə yanaşı, həmin dövrdə aparıcı partiyaların imzalaması əsas şərtlərdən biri idi. Bu səbəbdən, partiya rəhbərləri Qarabağ münaqişəsinin yalnız sülh yoluyla həll ediləcəyi barədə müddəanın da yer aldığı sənədi imzalamaq üçün Milli Məclisə çağırıldılar. Qeyd edim ki, həmin partiyaların sənədi imzalaması üçün əsasən iki arqument irəli sürülürdü. Birincisi, bu sənəd Azərbaycanın Avropa Şurasına qəbulu üçün önəm daşıyır və bu prosesin qarşısının alınması dövlət maraqlarımızın ziddinədir. İkincisi sənədi imzalayan partiyaları Avropa Şurası aparıcı siyasi təşkilatları kimi tanıyır və bu da onların qarşısında geniş siyasi perspektivlərin açılmasına zəmin yaradır. Təbii ki, ikinci şərt öz şəxsi maraqlarını hər şeydən üstün tutan bəzi partiyalar üçün daha böyük önəm daşıyırdı və buna görə də, sənədin imzalanması prosesi tərəddüdsüz və təxminən iki gün ərzində başa çatdı. Heç şübhəsiz ki, həmin partiyaların bir hissəsini xarici himayədarları daha öncədən təlimatlandırmışdılar. Təəssüf ki, Avropa Şurasının öhdəliklərinin "imzalanma proseduru" bəzi partiyaların mərkəzi qərargahlarında bayram əhval-ruhiyyəsində, az qala böyük siyasi uğur kimi qeyd olunurdu. Avropa Şurasının öhdəlikləri sırasında yer alan əsas müddəadan, yəni Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll ediləcəyi barədə boyunduruq şərtindən isə bir kimsə söz açmırdı... Qısa bir zaman kəsiyindən sonra, Azərbaycanın işğal altında qalan ərazilərini hərbi yolla azad edə biləcəyi ehtimalı daha sərt şəkildə gündəmə gəldiyi zaman, Avropa Şurasının rəsmiləri qurum qarşısında götürülən öhdəliklər arasında yer alan "yalnız sülh yoluyla" şərtini xatırlatdılar... ... Ancaq 2007-ci il dekabrın 25-də BAXCP sədri Qüdrət Həsənquliyevin təşəbbüsü ilə 18 siyasi təşkilat Yeni Azərbaycan, Demokrat, Vətəndaş Həmrəyliyi, Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Milli İstiqlal partiyalarına Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll olunması barədə öhdəlikdən imtina etmələri məqsədilə müraciət ünvanladı. Müraciətdə bildirilirdi ki, Azərbaycan hökumətinin və bəzi partiyaların 2001-ci ildə Dağlıq Qarabağ probleminin yalnız sülh yoluyla həll ediləcəyi barədə Avropa Şurası qarşısında götürdükləri öhdəliklər beynəlxalq qurumların işğalçı ölkəyə münasibətdə ikili və loyal davranışlarına, eləcə də Ermənistanın öz təcavüzkar siyasətini davam etdirməsinə, aqressiv mövqeyindən geri çəkilməməsinə zəmin yaradan əsas amillərdən biridir. Bu baxımdan Azərbaycan ərazilərinin işğal altında qaldığı, Ermənistanın təcavüzkar siyasətinin davam etdirdiyi, münaqişənin həllində vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin yarıtmaz fəaliyyəti, ABŞ, Rusiya və Fransa daxil olmaqla bir sıra aparıcı dövlətlərin və bəzi beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi haqqında BMT qətnamələrinə, dövlətlərin sərhədlərinin və ərazi bütövlüyünün toxunulmazlığına təminat verən beynəlxalq hüquq normalarına sayğısız münasibəti əsas götürülərək Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yoluyla həll olunması barədə Avropa Şurası qarşısında götürülən öhdəlikdən imtina olunmalıdır. Müraciətdə qeyd olunur ki, Azərbaycan dövlətinin və xalqının torpaqlarımızın bir qarışının belə güzəştə gedilməyəcəyi ilə bağlı birmənalı mövqeyinin təcavüzkar Ermənistan Respublikasının, erməni ictimaiyyətinin, bu məsələdə ikili standartlardan çıxış edən, bununla da təcavüzə dəstək verən dövlətlərin və beynəlxalq təşkilatların tam ciddiyyətilə qəbul etmələri üçün belə bir addımın atılması labüddür: "Qeyd olunanları nəzərə alaraq, Dağlıq Qarabağ probleminin yalnız sülh yoluyla azad ediləcəyi barədə 2001-ci ildə Avropa Şurası qarşısında öhdəlik götürən siyasi partiyaları bu öhdəlikdən imtina etməyə çağırırıq". Bu müraciətdən sonra bəlli oldu kimi, yalnız VHP "Azərbaycanın maraqları tələb etdiyi təqdirdə" Avropa Şurası qarşısında götürülən öhdəlikdən imtinaya hazır olduğunu bildirib. Digər partiyaların təmsilçiləri nəinki öhdəlikdən imtina etməyə, hətta bu məsələ ətrafında müzakirə açmağa da çəkinirlər. "Müharibə" sözünü isə ümumiyyətlə dilə gətirmək istəmirlər. Əvəzində nəzarət etdikləri mətbuat orqanlarında Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsiylə bağlı saysız-hesabsız müsahibələr verir, öz gerçək simalarını pərdələməyə çalışırlar. Bu günə qədər ölkədə faliyyət göstərən aparıcı siyasi partiyalardan yalnız biri, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan torpaqlarının hərbi yolla işğaldan azad edilməsilə bağlı ardıcıl və birmənalı mövqe nümayiş etdirib. Son bir il ərzində müharibənin qaçılmaz olduğunu yəqinləşdirən və təbii ki, bununla da xalqın mütləq əksəriyyətinin mövqeyini nəzərə alan siyasi təşkilatların sayı isə artmaqdadır. İndi isə keçək prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki platformasında yer alan Dağlıq Qarabağ probleminin həlli yollarına. Artıq torpaqlarımız 20 ilə yaxındır işğal altındadır, 1 milyon qaçqın və məcburi köçkünümüz var. Ancaq hələ də danışıqlar davam edir və bu cür getsə, növbəti bir neçə 20 il də danışıqlar davam oluna bilər. BAXCP sədrinin seçki platformasında isə ən geci 2011-ci ildə Xankəndinə Azərbaycan bayrağının sancılacağı əksini tapıb. Bunun üçün ilk növbədə peşəkar ordu qurmaq lazımdır.BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın Bakı rayonları və Abşeron rayon gənclər təşkilatlarının üzvləriylə görüşü zamanı Azərbaycanda hərbi xərclərə büdcənin 11, Ermənistanda 12 faizinin ayrıldığını nəzərə çatdıraraq deyib: "Düzdür, Azərbaycanda hərbi xərclərin miqdarı Ermənistandan iki dəfə çoxdur, çünki işğalçı ölkənin büdcəsi azdır. Əslində büdcənin 25-27 faizi hərbi xərclərə ayrılmalıdır. Əlavə olaraq, Neft Fondunda toplanmış vəsaitin 80 faizi hərbi məqsədlərə yönəldilməlidir. Bu da 10 milyard manatdan çox vəsait edəcək. Bununla ən müasir silahlar alınmalı, hava hücumundan ən güclü müdafiə sistemi qurulmalı və İrəvana 1 il vaxt verilməlidir. Əgər Ermənistan 1 il ərzində konstruktiv mövqe sərgiləməsə, Azərbaycan Bişkek protokolundan imtina etməli və istənilən an torpaqlarımızı azad etməliyik. Rəsmi İrəvan anlamalıdır ki, ona kimin kömək etməsindən asılı olmayaraq, Azərbaycanın hərbi potensialı işə düşərsə, nəinki Qarabağda, Ermənistanın özündə də daş üstə daş qalmayacaq. Bunu erməni xalqı başa düşəcək. Biz erməni və ingilis dillərində televiziya açacağıq. Azərbaycandakı inkişafı, hərbi quruculuğu erməni xalqına göstərəcəyik. Qarabağla bağlı platformamızda qeyd olunub ki, müharibə qurtarandan sonra Dağlıq Qarabağa böyük miqdarda vəsait ayrılacaq və bölgə yenidən qurulacaq. Dağlıq Qarabağda erməni millətindən olan Azərbaycan vətəndaşlarına biz bunu çatdıracağıq.Bu gün büdcənin 43 faizini təmir-tikinti işlərinə ayırırıq. Biz sanki Ermənistanla müharibəyə yox, Bakı ilə İrəvanın gözəllik müsabiqəsinə hazırlaşırıq. Təmir-tikinti xərcləri kəskin surətdə azaldılmalıdır. Büdcədə hərbi xərclər ən azı 25-27 faizə çatdırılmalıdır. Azərbaycan ciddi şəkildə müharibəyə hazırlaşmalı və dünya da bunu ciddliyilə qəbul etməlidir. Beləliklə, beynəlxalq qüvvələr də hərəkətə gəlməlidirlər. İndi həmin qüvvələr, xarici ölkələrin kəşfiyyatı, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri baxırlar ki, Azərbaycan müharibəyə, torpaqlarını hərb yoluyla azad etməyə hazırlaşmır. Ona görə də düşünürlər ki, münaqişədir, qalıb, nə vaxtsa baxarlar. Azərbaycan gərək özü bu vəziyyəti dəyişsin. Yəni görəcəklər ki, bu hərbi potensial işə düşsə, bölgə dağılacaq. Bölgədə də böyük güclərin böyük maraqları var, ona görə də onlar hərəkətə keçəcəklər. Ermənistanı bu yolla konstruktiv mövqe tutmağa məcbur edə bilərik. Belə olmazsa, sonda mütləq müharibə etməliyik. İtki olacaq, kimsə şəhid olacaq, Rusiya Ermənistanı müdafiə edəcək deyə torpaqlarımızın işğalıyla barışmaq təslimçilik mövqeyi olar. Xalqımız heç nədən çəkinmədən torpaqlarını azad etməlidir". BAXCP sədri bütün xalqın arzuladığı və xalqın bunun uğrunda canından belə keçməyə hazır olduğu bir məqamı da xüsusi olaraq vurğulayıb: "İnşaallah, 2011-ci ildə Azərbaycanın bayrağı Xankəndində dalğalanacaq". xalqcebhesi

Hiç yorum yok: