azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Eylül 2008 Salı

İran vurula bilərmi?

İran vurula bilərmi?
"İrana hərbi təcavüzün olunmasını real görürəm"Mətbuatda gedən məlumata görə, artıq Bsrail İrana hərbi müdaxilə etmək niyyətində qətidir və bunun üçün Amerikanın razılığını gözləyir. Digər məlumatlarda isə artıq NATO-nun 50 hərbi gəmisinin Qara dənizə gətirildiyi bildirilir. Mövcud vəziyyətdə İranın vurulması realdırmığ Politoloq Zəlimxan Məmmədlinin fikrincə, hazırda dünyanın marağının digər məsələlərə yönəlməsi nəticəsində, İran amili gündəmdən düşmüş kimi görünsə də, əsas prioritetlərdən biridir. Zənginləşdirilmiş uranın İran kimi dünyadan təcrid olunmuş bir ölkənin əlində olmasının bəşəriyyəti fəlakətə aparacağını bildirən politoloq deyir ki, dünyanın gələcəyinə iki böyük təhlükə var ki, bunlardan biri İran, digəri Rusiyadır: "Bu baxımdan İranın hər hansı şəkildə vurulması və müəyyən islahatların aparılması maraqlarımıza uyğundur. Yaxın gələcəkdə İrana hərbi təcavuzun olunmasını real görürəm".
Politoloq deyib ki, hazırda Amerikanın Rusiya ilə gərginlik yaşamasının nəticəsidir ki, hazırda İran bir qədər gündəmdən uzaqlaşmağa nail olub. İran və Rusiyanın demokratik dünyaya qarşı olmasının bu iki ölkənin tezliklə çökməsində mühüm rolu olacağını deyən Z.Məmmədli bu dövlətlərin demokratik ölkələr qarşısında duruş gətirməsinin qeyri-mümkün olduğunu vurğulayıb. olaylar

Hiç yorum yok: