azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

5+1 İRANA QARŞI DÖRDÜNCÜ QƏTNAMƏNİ MÜZAKİRƏYƏ ÇIXARIR

5+1 İRANA QARŞI DÖRDÜNCÜ QƏTNAMƏNİ MÜZAKİRƏYƏ ÇIXARIR
5+1 qrupu ölkələri (BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkə – ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) nümayəndələri İrana qarşı daha geniş sanksiyaları nəzərdə tutan yeni qətnamə layihəsini müzakirə etmək üçün bu gün Vaşinqtonda bir araya gələcəklər.
«Media forum» saytının məlumatına görə, ABŞ və onun avropalı müttəfiqləri Fransa, Böyük Britaniya və Almaniya İrana qarşı sanksiyaları genişləndirməyin qatı tərəfdarı olsalar da, Rusiya və Çin daha mülayim qətnaməyə tərəfdar çıxırlar.
Adının çəkilməsini istəməyən bir ABŞ rəsmisi «Röyters» agentliyinə açıqlamasında Vaşinqtonda əsas mövzunun İrana qarşı dördüncü qətnamə olacağını vurğulayıb: «Lakin hazırda Rusiya bizim üçün bir problemə çevrilib. Əlbəttə, bu o demək deyil ki, biz bu məsələdə ruslarla əməkdaşlıq apara bilmərik. Hər halda bu məsələni yoxlamaq lazımdır».
BMT Təhlükəsizlik Şurası uranı zənginləşdirməyi davam etdirdiyi üçün bu günə qədər İrana qarşı üç qətnamə qəbul etsə də, İran buna məhəl qoymadan nüvə fəaliyyətinin dinc xarakter daşıdığını deyib.

«Media forum»

Hiç yorum yok: