azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

ABŞ Rusiyanı parçalamaq haqqında düşünür?

ABŞ Rusiyanı parçalamaq haqqında düşünür?
Makkeyn və Rays Kremli hədələdi
Rusiyanı yaxın günlərdə fəlakətlər bürüyə bilər. Onun Qərblə olan çəkişmələri getdikcə daha da güclənir. Son olaraq Kondoliza Rays və respublikaçılardan prezidentliyə namizəd Con Makkeyni Rusiyanın əleyhinə hədələr yağdırıblar. Onların fikirlərinin bütövlükdə Qafqazdakı duruma aidiyyatı olduğundan diqqət yetirmək lazım gəlir.
Kondoliza Rays Rusiyanin özünü dalana dirədiyini bildirib. O mənada ki, Rusiya Gürcüstana müdaxilədən sonra özünü beynəlxalq aləmdən təcrid edib. Bu proses rəsmi Moskvanın düşünülməmiş siyasəti nəticəsində daha da dərinləşir. Rays daha sonra Rusiyanın Gürcüstanda strateji hədəfinə - Mixail Saakaşvilini devirməyə nail ola bilməyəcəyini bəyan edib. Bu məqam müşahidəçilərin diqqətini çox çəkib, çünki Amerika indiyə qədər məsələni bu şəkildə təqdim etməmişdi. Deməli, tərəflər arasında gərgin geosiyasi savaş güclənir. Respublikaçılardan prezidentliyə namizəd Con Makkeyni isə birbaşa Rusiyanı hədələyib. O, prezident seçiləcəyi təqdirdə Rusiyadakı milli qurumların müstəqilliyini tanıyacağını deyib. Müşahidəçilər bunu Rusiyanın daxilində separatizmin vüsət almasına işarə kimi dəyərləndirirlər. Yəni Rusiyadakı muxtar qurumlar özlərinin müstəqilliyini bəyan etmək prosesinə başlaya bilərlər. Bunun isə ilk ünvanının Quzey Qafqaz olduğuna şübhə yoxdur. Sonra Sibir, Volqaboyu və Mərkəzi rayonlar gəlir. Bütövlükdə Rusiya alimlərinin proqnozlarına görə ölkə 15-17 kiçik dövlətə parçalana bilər. Bu variant Rusiyanın inersial inkişaf modeli zamanı ola bilər. Özü də həmin prosesin qarşısının alınmasının mümkün olmayacağını proqnozlaşdırırlar. Rəsmi Moskva bu varianta qarşı tədbirlərini bir neçə ildir ki, alır. O cümlədən, ölkənin iqtisadi inkişafına ciddi fikir verir. Bunlara baxmayaraq, Abxaziya və Güney Osetiya məsələsindən sonra Rusiyanın muxtar qurumlarında proseslərin separatizmə doğru meyllənə biləcəyi barədə proqnozlar artdı. İndi ABŞ-ın prezidenti ola biləcək siyasətçinin açıqca bu haqda danışması nəzərdən qaçmamalıdır.
Rusiyadakı muxtar qurumların müstəqillik sevdasına düşmələri üçün əsasları da vardır. Yaxın keçmişdə çeçenlərin müstəqillik hərəkatını çox amansız yatırdan rəsmi Moskva Abxaziya və Güney Osetiyada özünü tamam başqa cür apardı. Onların müstəqilliyini tanımaqla faktiki olaraq Qafqaz xalqlarını iki cəbhəyə ayırdı. Belə çıxır ki, Qafqazın cənubundakı xalqların müstəqil olmağa haqqı var, şimalında olanların isə yoxdur. Şimali Qafqazda aparılan hərbi əməliyyatların sərtliyi heç kəsin yadından çıxmayıb. Rusiya müstəqillik uğrunda mübarizə aparan bütün liderləri silahlı yolla məhv etdi. Qafqazın cənubunda isə tamam əks siyasət yeritdi. Odur ki, bu dalğanın təsirsiz ötüşəcəyini gözləmək olmaz. Həmin baxımdan rəsmi Vaşinqtonun Qafqaz da daxil olmaqla Rusiyadakı muxtar qurumlara ciddi dəstək verdiyi halda Kremlin işi çox olacaq.
Rusiyanın dövlət olaraq zəiflədilməsi prosesinin fond birjalarindakı durumun ağırlaşmasından başladığını təxmin edənlər vardır. Əgər həmin proses dərinləşsə, Rusiyanı doğurdan da çox ağır günlər gözləyir. O halda ölkə içində narazılığın artmasının qarşısını almaq çox çətin olacaqdır. Proseslərin ölkənin parçalanması mərhələsinə keçməsi ilə böyük fəlakətlərin başlayacağını gözləmək olar. Ona görə ki, Rusiya nəhəng dövlətdir və onun süqutu geniş məkanda təsirini göstərəcək. Bunların fonunda Con Makkeynin Amerikanı da risqə ata biləcəyini təxmin etmək olar.
Hər bir halda dünyanın iki böyük dövləti arasında ciddi savaşın başladığını deyə bilərik. Onların qarşılıqlı olaraq təzyiqləri müəyyən həddən sonra Qafqaz da daxil olmaqla böyük bir məkanda hərbi böhrana yol aça bilər. Amerikanın Gürcüstan məsələsinə görə Rusiya ilə sona qədər qavğa edəcəyini proqnozlaşdırırlar. Çünki məsələ həm də enerji təhlükəsizliyinə bağlıdır. ABŞ bu bölgədə təşəbbüsü əldən versə, bütövlükdə durumu ağırlaşacaq. OPEK ölkələri onun əleyhinə bəzi addımları atmaqda davam edirlər. Rusiyada dövlətçilik böhranının yaranması isə bir çox baxımdan yeni faktorları önə çıxarmış olur.
ABŞ-da prezidentliyə namizədlərdən birinin və dövlət katibinin Rusiyanı hədələməsi ictimai rəyə təsir etməyə də bağlı ola bilər. Bütün hallarda sözün elə-belə deyilmədiyini qəbul etmək lazım gəlir. Ona görə ki, tərəflər geosiyasi aspektdə çox qabağa gediblər.
Orxan Güneyli olaylar

Hiç yorum yok: