azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

VAŞİNQTONDAN RUSİYAYA İKİ AÇIQ HƏDƏ GƏLDİ Rays Moskvanı

VAŞİNQTONDAN RUSİYAYA İKİ AÇIQ HƏDƏ GƏLDİ Rays Moskvanı “ağıllanmağa” çağırdı, Pentaqon rəhbəri isə “ABŞ sözlə yox silahla cavab verəcək” dedi
ABŞ dövlət katibi Kondoliza Rays Rusiya-Gürcüstan münaqişəsi başlayandan bu yana Moskvaya qarşı ən sərt bəyanatla çıxış edib. Raysın əvvəlcədən anons edilən çıxışı Vaşinqtondakı Transatlantik Siyasət Mərkəzi - Marşal Fondunda olub. O bəyan edib ki, Rusiya Gürcüstana müdaxilə etməklə özünə quyu qazıb, Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımaqla bu quyunu daha da dərinləşdirib. Dövlət katibi deyib ki, ABŞ və Avropa birmənalı olaraq, Rusiyaya qonşu dövlətlərin müstəqillik və ərazi bütövlüyünü dəstəkləyir: “Biz Rusiyanın suveren ölkələrə və azad xalqlara qarşı təzyiq cəhdlərinin qarşısını alacağıq".Rays qeyd edib ki, hələ bir müddət öncə pozitiv mövqe nümayiş etdirən Moskvanın davranışı kəskin şəkildə dəyişib: “Ola bilsin ki, Rusiya üçün ən pisi onun özünün bundan sonra hansı istiqamətdə inkişaf edəcəyini bilməməsidir. Artıq ABŞ və Rusiya arasında dinc nüvə energetikası sahəsində əməkdaşlıq inkişaf etdirilməyəcək. Rusiyanın Ümumdünya Ticarət Təşkilatına, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzvlüyü sual altındadır. Rusiyanın öz hərbi gücünü nümayiş etdirməsi tarixi geri döndərə bilməz. Rusiya suveren ölkələrlə münasibətlərini müəyyən etmək hüququna malikdir. Amma onlar da Rusiya ilə münasibətlərini müəyyən etmək hüququndadırlar”.ABŞ dövlət katibi Rusiyanın Gürcüstana müdaxiləsinin öz hədəfinə çatmadığını və heç bir zaman da çatmayacağını bəyan edib: “Rusiya rəhbərləri Gürcüstan hakimiyyətinin devrilməsi kimi əsas məqsədlərinə çata bilməyəcəklər. Bizim də vəzifəmiz Rusiya liderlərinə onların özünütəcrid və beynəlxalq uyğunsuzluq yoluna qədəm qoyduqlarını anlatmaqdan ibarətdir. Rusiyanın davranışında ən narahat edən məqam ondan ibarətdir ki, Moskva son illər inkişaf etməkdə olan davranış modelinə uyğunlaşıb. Suveren dövlətlərin daima alçaldılması, neft və qazdan siyasi silah kimi istifadə edilməsi, beynəlxalq razılaşmalardan birtərəfli qaydada çıxılması, nüvə silahını dinc xalqlara yönəltmək hədəsi, rusiyalı jurnalistlərin, dissidentlərin izlənilməsi, öldürülməsi... Belə bir davranış diqqətdən kənarda qalmayacaq və onların dünyaya meydan oxuması eşidiləcək”.Rays Rusiyanın müqavimətinin Ukrayna və Gürcüstanın NATO-ya qəbulu planlarına mane ola bilməyəcəyini də bəyan edib: “Əgər Rusiya xammal tədarükçüsü səviyyəsindən çıxmaq istəyirsə, sadə bir həqiqəti anlamalıdır: Rusiyanın uğurlu inkişafı dünyadan asılıdır və bununla heç nə etmək mümkün deyil”.Dövlət katibi “böyük səkkizlik” formatına da toxunaraq Rusiyanın artıq ciddiyə alınmadığını vurğulayıb: “Son zamanlar baş verənlər faktiki olaraq “səkkizlik” deyil, “yeddilik” idi. Məsələn, Gürcüstana maliyyə köməkliyi ilə bağlı maliyyə nazirlərinin görüşü yeddi ölkə çərçivəsində keçib. Son zamanlar atdığımız addımların çoxu da “yeddilik” çərçivəsində olub. Ümid edirəm ki, Rusiya Abxaziya və Cənubi Osetiyanı tanımaqla özünə qazdığı quyunu dərinləşdirməkdən əl çəkəcək”.Rays deyib ki, Amerika və Avropa Rusiyaya qonşu dövlətlərlə əlaqələrini möhkəmlədir. “Biz regionun daha bir münaqişəsi Dağlıq Qarabağ məsələsini həll etmək və dost ölkələr, Türkiyə kimi müttəfiqlərimizlə Qafqazda əməkdaşlıq fondu yaratmaq üzərində işləyirik”. Qafqazda enerji məsələsinə də toxunan dövlət katibi deyib: “Birləşmiş Ştatlar və Avropa böyük enerji müstəqilliyinə nail olmaq üçün Azərbaycan, Gürcüstan, Türkiyə və Xəzər ölkələri ilə əməkdaşlığı gücləndirir. Biz iqtisadiyyatda açıq qlobal enerji əməkdaşlığını genişləndirəcək və ziyanlı təcrübədən müdafiə edəcəyik. Hər şey tək Rusiya və ya bir başqasının qoyduğu qaydalara uyğun ola bilməz” . Rays vurğulayıb ki, Rusiyanın gələcəyi öz əlindədir. Onun sözlərinə görə, Gürcüstanla münaqişədən sonra Rusiyanın beynəlxalq aləmdəki mövqeyi 1991-ci ildəkindən də zəifləyib. Dövlət katibi Rusiyada avtoritar tendensiyaların gücləndiyini, xarici təcavüzkarlığın isə artdığını deyib.ABŞ dövlət katibinin bu çıxışına Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, xanım Rays onsuz da hər şeyi bilir. Baş nazir Vladimir Putin isə dünənki yumşaq tondakı çıxışında Qərblə “soyuq müharibə”nin mümkünlüyünü rədd edib. O deyib ki, ölkəsinin dünyaya inteqrasiya etməsini istəyir. Putin bildirib ki, ölkəni “soyuq müharibə” vaxtlarına geri qaytarmaq Rusiyanın iqtisadi müasirləşdirmə layihəsinə birbaşa hədədir.Qərb mətbuatı isə yazır ki, NATO ölkələri Rusiyanın alyansa üzv ölkələrdən hansısa birinə mümkün hərbi müdaxiləsinə cavab olaraq tədbirlər hazırlayır. Bura Rusiyaya qarşı istifadə oluna biləcək mobil hərbi qüvvələr daxildir. Amerikanın müdafiə naziri Robert Geyts isə Rusiya prezidenti Dmitri Medvedyevin bu günlərdə verdiyi “Gürcüstan NATO üzvü olsa belə, hücum etməkdən çəkinmərik” bəyanatına münasibət bildirərək deyib ki, Rusiya NATO-nun siyasi klub yox, hərbi blok olduğunu nəzərə almalıdır: “Ona görə də əgər Gürcüstan NATO üzvü olsa və Rusiya ona hücum etsə, ABŞ sözlə yox, silahla cavab verəcək.” Xəbər verildiyi kimi, Rusiya iqtisadiyyatı hazırda çox ciddi böhranla üzləşib və bunun səbələrindən biri Gürcüstana müdaxilədir. Çünki Qərb investorları sürətlə kapitallarını Rusiyadan çıxarır, digər tərəfdən isə Amerikanın maliyyə bazarlarında baş verən mürəkkəb proseslərin fonunda Rusiya müəssisələrinin səhmləri sürətlə dəyərdən düşür. ABŞ mətbuatı və rəsmiləri açıq deyirlər ki, Rusiya iqtisadiyyatındakı böhran Gürcüstana qarşı edilənlərə cavabdır.F.MƏMMƏDOV musavat

Hiç yorum yok: