azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

Ermənilər Qarabağdan qaçır

Ermənilər Qarabağdan qaçır Akif Nağı: "Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilərin məskunlaşdırılmasıyla bağlı rəsmi İrəvanın siyasəti iflasa uğrayıb"
Ermənistanın Dağlıq Qarabağda etnik ermənilərin məskunlaşdırılması ilə bağlı apardığı siyasət artıq iflasa uğrayıb. Ermənistan mətbuatının yaydığı məlumata görə, separatçı regimin işğal olunmuş ərazilərdə məskunlaşdırdığı ermənilərin bir qismi köçərək gəldikləri ölkələrə qayıdıblar. Bəzi erməni mətbuat orqanları həyəcan təbili çalaraq, bu ilin əvvəlindən 200-dən artıq ailənin köç etməsini təhlükəli amil sayıblar. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı erməni mətbuatının yaydığı məlumatlarda müəyyən həqiqət olduğunu bildirdi. Onun sözlərinə görə, ermənilərin köçünün əsas hissəsi hələ qabaqdadır: "Adətən, Dağlıq Qarabağın əhalisilə bağlı erməni mətbuatının verdiyi məlumatlar həmişə saxtalaşdırılıb.
Tural
Yəni bu kimi informasiyalar yayılarkən çox vaxt ziddiyyətlərin şahidi oluruq. Bu ilin əvvəli üçün qondarma rejimin statistika idarəsi belə bir məlumat yaydı ki, guya Dağlıq Qarabağdakı ermənilərin sayı 137 min nəfərdir. Bu rəqəmin özü də ciddi şübhə doğurur. Bu saxtalaşdırılmış informasiya göstərir ki, Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim rəhbərlərinin vaxtaşırı belə məlumatlarla çıxış etməsi müəyyən bir siyasi xəttə yönəlib". QAT sədri bildirdi ki, erməni rəsmiləri Dağlıq Qarabağda 137 min erməninin yaşaması məsələsini gündəmə gətirməklə, cəmiyyətə çatdırmaq istəyir ki, guya münaqişə başlayandan sonra burada məskunlaşan ermənilərin sayı artıb: "Rəsmi məlumatlara görə, Dağlıq Qarabağa köçən ermənilərə imtiyazlı şərait yaradılır və torpaq sahələri ayrılır. Vergilərdən azad olunan bu "köçkünlərə" birdəfəlik maliyyə yardımları da göstərilir. Eyni zamanda Dağlıq Qarabağda yaşayan erməni ailələrinin hesabına hər doğulan uşaq üçün müəyyən məbləğdə pul keçirilir". Bütün bunlara baxmayaraq, beynəlxalq müşahidəçilər dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağın ərazisində yaşayış yox dərəcəsindədir. Məskunlaşmanın sıxlığı nisbətən Xankəndində çoxdur və Şuşada isə yaşayış həddindən artıq azdır. Bəzi beynəlxalq təşkilatların nümayəndələri bu rəqəmin beş min nəfər olduğunu deyirdilər: "Amma "Qarabağ-Çernıy sad" kitabının müəllifi Tomas de Vaal bildirib ki, Şuşada yaşayan əhali iki min nəfərdən artıq deyil və heç kim də bu ərazilərə gəlib yaşamağa, tikintilər aparmağa maraq göstərmir. Yəni bütün bunların hamısı onu deməyə əsas verir ki, Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmış ermənilər ağır iqtisadi sıxıntılar içərisindədir. Bu qondarma qurum isə xarici donorların və ya Ermənistanın hesabına çox yaşaya bilməz. Ümumiyyətlə, Dağlıq Qarabağdakı separatçı qurumun büdcəsi Ermənistan və ABŞ formalaşdırır. Bu faktı beynəlxalq təşkilatlar da təsdiqləyiblər. Dağlıq Qarabağdakı separatçı rejimin illik büdcəsi təxminən 60-70 milyon dollar həcmindədir. Bunun yarısını isə Ermənistan öz büdcəsindən ayırır. Müəyyən məbləği isə ABŞ hökuməti Konqresin qərarıyla yardım şəkilində verir. Belə xarici maliyyə hesabına bu regionda uzun müddət hansısa məskunlaşmış insanları saxlamaq mümkün deyil. Bütün bu problemlər aldadılmış ermənilərin Dağlıq Qarabağı tərk etməsinə təkan verir". Akif Nağı dedi ki, Ermənistanın hüquq müdafiəçiləri də təsdiqləyiblər ki, Dağlıq Qarabağdan köçmək çox böyük problemə çevrilib. Yəni bu ərazilərdə xüsusi rejim yaradılıb, postlar qurulub ki, buradakı ermənilər məskunlaşdıqları əraziləri sərbəst şəkildə tərk etməsinlər: "Bu postlardan keçmək üçün ermənilər külli miqdarda rüşvət verməlidir. Qısası, işğal olunmuş ərazilərdən axın həmişə olub. İndi bu axının sürətlənməsi iqtisadi problemlərin həddindən artıq çox olmasıyla bağlıdır. Ermənilər vədlərin həyata keçirilməsini gözləməkdən beziblər. Digər səbəb isə bu ərazilərdə məskunlaşmış ermənilər Azərbaycanın hərbi gücünün artmasını və rəsmi Bakının öz mövqeyindən geri çəkilmədiyini görürlər. Bu ermənilərdə artıq belə fikir formalaşır ki, gec-tez azərbaycanlılar öz torpaqlarına qayıdacaqlar. Bu torpaqlarda müvəqqəti olduqlarını anlayan ermənilər öz işlərini indidən bilir və qaçmağa üstünlük verirlər. Nə qədər güzəştli şərtlər qoysalar da, bu gün işğal olunmuş ərazilərə erməni gətirmək ciddi problemə çevrilib. Hətta torpaq özəlləşdirilsə də, bu mülkiyyəti müəyyən şərtlərlə verirlər. Amma Laçın rayonunun ərazisində kənardan gələnlərə qeyd-şərtsiz daimi mülkiyyət verirlər. Burada on minə qədər erməni əhalisi yaşayır ki, onların da sosial problemləri çoxdur. Qısası, məskunlaşma ilə bağlı rəsmi İrəvanın apardığı siyasət iflasa uğrayıb". xalqcebhesi

Hiç yorum yok: