azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Eylül 2008 Salı

Mottaki niyə gəlmişdi?

Mottaki niyə gəlmişdi? İran Ərdoğanın "Platforma"sında iştirak etmək istəyir
Ötən həftə Rusiyada səfərdə olan İranın xarici işlər naziri Manuçöhr Mottaki Tehrana qayıdarkən şənbə günü yolüstü Bakıda olub. 4 saat çəkən səfər zamanı Qafqazdakı son hadisələr və Azərbaycan-İran münasibətləri diqqət mərkəzində olub.Müşahidəçilərin fikrincə, Türkiyənin "Qafqaz Əməkdaşlıq və Sabitlik Platforması" təşəbbüsü İranı da regionda aktivliyini artırmağa sövq edir. Tehran Ermənistan-Türkiyə münasibətləri yaxşılaşacağı bir şəraitdə həm İrəvana, həm də Bakıya təsirinin zəifləyəcəyindən narahatdır.İran mətbuatının xəbərinə görə, Mottaki bildirib ki, Azərbaycan prezidenti İranın "Qafqaz Əməkdaşlıq və Sabitlik Platforması"na qoşulmasına dəstək verib. Bakıda prezident Əliyevlə keçirdiyi görüşün yekunları barədə məlumat verən XİN başçısı xəbər verib ki, Azərbaycan rəhbəri İranın regionda əsas oyunçulardan biri olduğunu və məhsuldar danışıqlarla xaricin köməyi olmadan Qafqazda siyasi sabitliyə nail olunacağını qeyd edib.Mottaki də vurğulayıb ki, yalnız Qafqaz ölkələrinin özləri ikitərəfli və çoxtərəfli əlaqələrlə regionda siyasi sabitliyə nail ola bilərlər."Cənubi Qafqazda əməkdaşlığın müxtəlif formaları ilə bağlı xüsusən son zamanlar müəyyən təşəbbüslər var. Amma əsas məsələ Cənubi Qafqazda əməkdaşlığın ən səmərəli, optimal formalarından birinə nail olmaqdır",-deyə Novruz Məmmədov İranın "Qafqazda Əməkdaşlıq və Sabitlik Platforması"na qoşulmaq niyyətində olması barədə fikirlərinə münasibət bildirərkən deyib (APA). Azərbaycan üçün hər şeydən əvvəl Dağlıq Qarabağ münaqişəsinin, regiondakı digər problemlərin həllinin vacib olduğunu qeyd edən şöbə müdirinin fikrincə, irəli sürülən təklif və təşəbbüslərin hansı nəticələri verəcəyi hələlik məlum deyil.Xatırladaq ki, Ankaranın irəli sürdüyü "Qafqazda Əməkdaşlıq və Sabitlik Platforması"nda 5 ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiyanın iştirakı nəzərdə tutulur. Ziyaexpress

Hiç yorum yok: