16 Eylül 2008 Salı
Ermənistan parlamentinin sədri istefa verib
Ermənistan parlamentinin sədri istefa veribTiqran Torosyan bu addımını daxili siyasət məsələlrində yaranmış fikir ayrılığı ilə izah edib Ermənistan parlamentinin spikeri Tiqran Torosyan istefa verib. Bu barədə məlumatı o, bu gün keçirdiyi mətbuat konfransında verib və addımını daxili siyasət məsələlərində yaranmış fikir ayrılıqları ilə izah edib. Torosyan həmçinin Respublikaçılar partiyasının da sıralarını tərk etməyə hazırlaşdığı barədə məlumat verib. Partiyanını mətbuat katibi Eduard Şarmazanov Tiqran Torosyanın partiyadan çıxması barədə ərizəsini bu gün səhər alıdıqlarını deyib. Onun sözlərinə görə, «Nizamnaməyə uyğun olaraq o, öz istəyi ilə partiya sıralarını tərk edə bilər. Bu səbəbdən də ərizəni müzakirə etməyə ehtiyac yoxdur». /ANS PRESS/
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder