Tehranda iftar süfrəsində həbs edilən milli hərəkat fəallarının 3 nəfəri girov müqabilində azadlığa buraxılıb
DAK infromasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlərdə Tehranda həbs edilən Güney Azərbaycanın tanınmış milli hərəkat fəallarının Evin həbsxanasında təknəfərlik kameralarda saxlandıqları bəlli olub.
Həbs olunanların üçü Məhəmməd Abbaspur, Yusif Hüşyar və Şahbaz İbrahimnejat girov müqabilində müvəqqəti azadlığa buraxılıb.
Hal hazırda Evin həbsxanasında saxlanılan soydaşlarımız bunlardan ibarətdir.
1. “Dilmanc” dərgisinin məsulu, Milli Sülh şurasının üzvü Əlirza Sərrafi,
2. Türk dili tarixi və ədəbiyyatının araşdırmaçısı Həsən Raşidi,
3. Etnik araşdırmaçı Əkbər Azad
4. “Yaşmaq” dərgisinin məsulu, şair Səid Muğanlı
5. Milli fəal Abbas Nəimi
6. Türk dili müəllimi və şair Mehdi Nəimi
7. Milli hərəkat fəalı Səyyad Məhəmmədyan
8. Hüquq müdafiəçisi Həsən Rəhimi
9. Ulus dərgisinin məsulu Hüseyn Heydəri
dak
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder