azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Eylül 2008 Perşembe

"Qarabağ düyünü" Ermənistanı silkələyir

"Qarabağ düyünü" Ermənistanı silkələyir
Qafar Çaxmaqlı: "Hakimiyyətə gəlmək Qərbdən dəstək almağa çalışan, ancaq buna nail ola bilməyən Levon Ter-Petrosyan Rusiyaya meyllənməyə başlayıb""İrəvan özbaşına addım ata bilməz, çünki Serj Sərkisyanın addımlarını Moskva müəyyənləşdirir"Ermənistanda daxili siyasi vəziyyət gərginləşib. Məsələ tək sentyabrın 15-də sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin keçirdiyi mitinqlə bağlı deyil. Sentyabrın 16-ı parlamentin spikeri Tiqran Torosyan tutduğu postdan və Respublika Partiyasının üzvlüyündən istefa verib.
Ramiz Mikayıloğlu
O, qərarını partiyadakı fikir ayrılığıyla əlaqələndirib. Ancaq həmin fikir ayrılıqlarının nədən ibarət olduğunu aydınlaşdırmayıb. Xatırladaq ki, prezident Serj Sərkisyanın sədri olduğu Respublika Partiyasının icraçı orqanı hələ sentyabrın 6-da Tiqran Torosyanın spiker postunda qalmasını məqbul saymamış və bu posta prezident admnistrasiyasının sabiq başçısı Ovik Abramyanın namizədliyini irəli sürüb. Hakimiyyət koalisiyasında təmsil olunan Daşnakstyun və "Çiçəklənən Ermənistan" partiyalarının təmsilçiləri də məsələyə şərh verməkdən, münasibət bildirməkdən yayınıblar və bunu Respublika Partiyasının daxili işi kimi qiymətləndiriblər. Spikerdən neçə saat sonra isə Kassasiya Məhkəməsinin sədri Ovannes Manukyanın da istefa verdiyi məlum olub. O da istefasının səbəblərini açıqlamayıb. Bir çox ekspertlər vurğulayırlar ki, Ermənistanda yüksək postlarda təmsil olunan və az-çox rasional düşüncəli insanlar prezident kürsüsünə xalqın qanını tökməklə əyləşmiş Serj Sərkisyanın xarici siyasətdə bir sıra manevrlərindən sonra bu hakimiyyətin ömrünün uzun olmayacağı və yaxşı sonluqla qurtarmayacağı qənaətinə gəlməyə başlayıblar. Serj Sərkisyanın manevrləri də əsasən Türkiyəylə münasibətləri nizama salmaq, bunun üçün Dağlıq Qarabağ münaqişəsi ətrafında hər hansı irəliləyişə nail olmaq, "soyqırımla" bağlı danışıqlara başlamaqla Ankaranı sərhədləri açmasına razı salmaqdır. Ankaraya isə Qarabağ münaqişəsinin tənzimlənməsi istinamətində məhz rəsmi Bakını razı salacaq irəliləyişlər lazımdır ki, sərhədləri açarkən ölkə müxalifətinin və Azərbaycanın sərt təpkisiylə üzləşməsin. Bu vaxta kimi özünü Qərbpərəst göstərən, Ermənistanın iqtisadi blokadadan çıxması üçün Türkiyəylə əlaqələr qurmasının gərəkliyini vurğulayan, Qarabağ münaqişəsinin "dondurulmuş" vəziyyətdə qalmasından erməni xalqının daha çox əziyyət çəkdiyini dilə gətirən Levon Ter-Petrosyanın indi rusiyapərəst kimi danışması da diqqətdən yayına bilməz. Sentyabrın 15-də keçirilən aksiyada çıxışı zamanı sabiq prezident deyib ki, dövlət reketi hakimiyyətin fəaliyyətinin əsas məzmununu təşkil edir. Hakimiyyətin cinayətkar iqtisadi siyasəti ermənilərə ağır qış vəd edir, yazda isə dərin böhran gözlənilir. Levon Ter-Petrosyan hələ istefalardan öncəki bu çıxışında onu da vurğulayıb ki, Robert Köçəryanın dövründə hakimiyyət monolit olsa da, indi çat verir. Buna misal kimi o, Türkiyə prezidenti Abdulla Gülün Serj Sarkisyanın dəvəti əsasında Ermənistana səfəri zamanı hökumətdə təmsil olunan daşnakların etiraz aksiyası keçirməsini göstərib. Müxalifət liderinin fikrincə, Ermənistan heç vaxt indiki qədər xarici təzyiqə məruz qalmayıb. Keçmiş dövlət başçısının sözlərinə görə, Serj Sərkisyan ölkənin maraqlarını qurban vermək bahasına özünü legitimləşdirir və "erməni soyqırımı", erməni-türk münasibətləri kimi məsələlərdə güzəştlərə hazır olduğunu nümayiş etdirir. O, Dağlıq Qarabağ probleminin həllinin də təhlükə altında olduğunu söyləyib: "Mən dünyada Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq dövlət görmürəm. Üstəlik, Qərb Rusiyanın acığına Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aktiv qoşulmaq istəyir, Serj Sərkisyan isə sanki hipnoz altında bu basqılara boyun əyir". Levon Ter-Petrosyan Ermənistan-Türkiyə-Azərbaycan formatında keçiriləcək üçtərəfli görüşü çox təhlükəli adlandırıb: "Öz eqoist yanaşmaları ilə o, Dağlıq Qarabağ problemini hərraca çıxarıb". Levon Ter-Petrosyanın tərəfdarları isə çıxışlarında Ermənistanda NATO təlimlərinin keçirilməsinin də yolverilməz olduğunu vurğulayıblar. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı deyir ki, əvvəllər Levon Ter-Petrosyanı Dağlıq Qarabağ məsələsini həll edəcək, Ermənistan-Türkiyə münasibətlərini nizama salacaq siyasətçi kimi qələmə veriblər. Ancaq ekspert həmin dövrlərdə də fərqli düşüncədə olub və mətbuata açıqlamalarında da bunu söyləyib. Əslində Levon Ter-Petrosyan hakimiyyətdə olduğu dövrlərdə erməni şovinisti kimi millitarist siyasət aparıb. Qafar Çaxmaqlı dedi ki, sabiq prezident son dövrlər hakimiyyətə gəlməsi üçün Qərbdən dəstək almağa çalışıb, ancaq buna nail ola bilməyib. Ona görə də yavaş-yavaş Rusiyaya meyllənməyə başlayıb. Həm də prezident Serj Sərkisyanın mövqeyi o qədər də möhkəm deyil. Son dövrlərdə onun Ermənistan siyasətində gücü zəifləməkdədir. Bu da onunla bağlıdır ki, Serj Sərkisyan təyin olunmuş şəxsdir və təyin olunmuş da heç vaxt prezident kreslosunda özünü rahat hiss edə bilməz, çünki xalqdan dəstəyi yoxdur. Serj Sərkisyanın Türkiyəylə bağlı siyasət sərgiləməsi, Rusiyaya get-gəlləri, bir az özünü demokrat göstərməsi, ABŞ-la bağlı siyasətə yer verməsi göz önündədir. Əslində Türkiyəylə əlaqələr saxlamaq Qərbyönümlü siyasət aparmaq deməkdir. Məhz bu amil də Levon Ter-Petrosyanı müəyyən qədər baxışlarını dəyişməyə sövq edib və o, rusiyameyilli siyasət sərgilməyə başlayıb: "Sabiq prezident hakimiyyətə gəlmək istəyir. Bəs bunu hansı yolla gerçəkləşdirsin? Görür ki, Rusiyasız mümkün deyil, ona görə də siyasətində dəyişiklik edir". Erməni Araşdırmaları Mərkəzinin rəhbəri də vurğuladı ki, Ermənistandakı daxili siyasi gərginlikdə Qarabağla bərabər iqtisadi amillər də ciddi yer tutur. İşğalçı ölkənin iqtisadi durumu ağırdır. Xalq Robert Köçəryandan sonra Serj Sərkisyanın nə isə etməsini gözləyir. Serj Sərkisyandan ümidi kəsiləndə də təbii ki, ermənilər Levon Ter-Petrosyana, yaxud başqasına ümidlə baxacaqdı. Ermənistanın vəziyyətinin yaxşılaşması da yalnız Qərbə inteqrasiyayla, bunun üçün də Türkiyəylə sərhədləri açmaqla mümkün ola bilər. Amma bu zaman ortaya paradoksal durum çıxır. Ermənistanda əhalinin böyük əksəriyyəti Türkiyə və Azərbaycan türklərini düşmən sayırlar. Serj Sərkisyanın Türkiyə prezidenti Abdulla Gülü İrəvana futbola baxmağa dəvət etməsi də Ermənistanda yaxşı qəbul olunmayıb: "Ermənistanın daxili siyasətində gərginlik bununla da bağlıdır. Əsas təkanverici isə iqtisadi amildir. Həmin iqtisadi amili, Ermənistanın təcrid durumuna düşməsini isə Qarabağ məsələsi şərtləndirir". Qafar Çaxmaqlı hesab edir ki, ermənilər Türkiyəyə lazımınca qiymət verməkdə, bu ölkəylə əlaqələr qurmaqda gecikiblər. Ermənistan regional layihələrdən kənarda qalıb. Digər tərəfdən, Rusiya İrəvanı şirnikləndirir ki, Qars-Gümrü dəmiryolunu açacaq. Dəmiryollarına nəzarət işğalçı ölkədə Rusiyanın əlində cəmləşib: "Türkiyəylə son əlaqələri də Ermənistan Moskvanın icazəsiylə qurur. İrəvan Rusiyasız, özbaşına addım ata bilməz, çünki Serj Sərkisyanın addımlarını Moskva müəyyənləşdirir".

Hiç yorum yok: