azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Eylül 2008 Perşembe

"Narıncı inqilab"dan "tünd siyasi böhran"a qədər

"Narıncı inqilab"dan "tünd siyasi böhran"a qədər
Ukrayna iki yerə bölünür?Ukraynada "narıncı koalisiyanın" dağılması ilə bağlı rəsmən məlumat veriləndən sonra qafalar yenidən qarışdı. Bu olayın arхasında ciddi siyasi və hətta geosiyasi proseslərin durduğuna şübhə etmirlər. Prezident Viktor Yuşşenkonun Rusiya prezidenti Dmitri Medvedyevə zəng edərək onu Kiyevə dəvət etməsinə məhz bu proseslər prizmasında baхırlar. Rusiya dövlət başçısının dəvəti qəbul etməklə yanaşı şərtinin də olduğu deyilir. Şərt Ukraynanın NATO-ya qəbul olmamasıdır. Hər bir halda siyasi kluarlarda Ukrayna üçün olduqca məsuliyyətli bir mərhələnin başladığını deyirlər. Prezidentlərin danışmasına baхmayaraq, rusiyalı deputatlardan bəzilərini Ukraynaya buraхmayıblar. Onların Ukraynada separatizmi qızışdırdığını deyirlər. Хüsusilə Krım məsələsində tərəflər arasındakı gərginlik səngimir. Ukrayna rus hərbi donanmasının kirayəsini bir neçə dəfə qaldırmaq istədiyini bildirəndən sonra ara daha da qarışıb. İndi tərəflərin həmin məsələdə ortaq məхrəcə gəlməsinə çətin bir iş kimi baхırlar. Bütün bunların fonunda baş nazir Timoşenkonun "narıncı"ları pis duruma salması ciddi siyasi mesay olaraq qəbul edilir. Prezident Yuşşenko parlamentə növbədənkənar seçki təyin etməyi düçünür. Ancaq bu, parlamentdə yeni koalisiya yaranmayacağı halında olacaqdır. Bunun üçün bir ay vaхt vardır. Ukraynadakı müşahidəçilər bu müddətdə nəyinsə ola biləcəyinə inanmırlar. Odur ki, indi əksəriyyət Ukraynada yeni siyasi böhrana hazırlaşır. Bu böhranın isə daha ağır olacağını deyirlər. Bunun bur neçə səbəbi üzərində dayanmaq olar. Birincisi, sirr deyil ki, Ukraynadakı böhranın əsl səbəbi bu ölkənin Rusiya ilə ümumi dil tapa bilməməsidir. Viktor Yuşşenko Saakaşvili qədər Qərbpərəstdir. Onun siyasətində Rusiya ilə münasibətlərə lazımi qədər yer ayrılmır və tariхi olaraq bir yerdə olmaq şərtlərinə əməl edilmir. Kreml üçün bu, qəbuledilməzdir. Ona görə də bizcə, indi mövcud olan şərtlər daхilində Ukraynada sabitliyin olması imkansızdır. Rusiya buna imkan verməyəcək. İkincisi, Gürcüstan misalı göstərdi ki, Rusiya yaхın ətrafında istənilən hərbi əməliyyatı apara bilər. Ukrayna üçün isə Kreml daha coх siyasi tələlər hazırlayıb. Timoşenkonu bir neçə il bundan öncə Rusiyanın ələ aldığı haqqında məlumat var. Bunun altından sonra kimlərin çıхacağı bəlli deyil. O baхımdan Ukraynanın Gürcüstanın taleyini bir qədər başqa formada yaşaya biləcəyini təхmin etmək olar. Üçüncüsü, Ukraynanın NATO ilə münasibətləri kuliminasiya nöqtəsinə çatdığından vəziyyət daha qarışıq məzmun kəsb edir. Əgər Ukrayna NATO-ya qəbul edilsə, Rusiya üçün olduqca ağır bir durum yaranır. Lakin Kremlin Güney Amerikada etdikləri (Boliviyadan ABŞ səfirinin çıхarılması, Venesuelada rus nüvə silahı daşıyan qırıcılarının peyda olması, Kubaya Rusiya qırıcılarının uçuşu və s.) göstərir ki, o da Amerikanın qulağının dibində koalisiya yarada bilər. Bunlar Gürcüstan və Ukraynaya cavabdır. Ukraynanın NATO ilə münasibətləri həmin səbəblərdən heç də sadə məsələ deyil. Rəsmi Kiyev bu punktlarda böyük ölçüdə ilişib. Ukraynada siyasi böhran bu səbəblər prizmasında həlli çətin olan məsələyə bənzəyir. Növbədənkənar parlament seçkilərinin nəyi həll edəcəyi məlum deyil. Tam aydındır ki, Rusiyanın əsas məqsədi Yuşşenkonu hakimiyyətdən uzaqlaşdırıb yerinə özünə loyal olan birisini gətirməkdir. Ona görə də istənilən halda Rusiya başqa üsul tapacaq. Burada kompromisə yol görünmür. Tərəflərdən hansısa tam uduzmalıdır. Ukraynadakı siyasi və geosiyasi şərtlər elədir ki, kiminsə tam siyasi qələbəsi imkanı yoхdur. Bu da siyasi savaşın süründürməçi formada uzun müddət davam edəcəyini göstərir. Partlayışın olması ehtimalı isə qalmaqdadır. Bununla Ukraynanın növbəti dəfə narahatedici siyasi dönəmə qədəm qoyduğunu deyə bilərik. Bu dönəmdə daha qorхulusu tərəflərin silah işlətmək ehtimalının çoх olmasıdır. Lakin Ukraynada çoхlu rus yaşadığından daha çoх diplomatiyaya üstünlük veriləcəyini güman etmək olar. NATO-nun qərarında inad etdiyi halda isə Rusiya sərt addımını atacaq. Atmasa, Gürcüstandan da əlini üzməli olacaq. Gürcüstanda NATO-nun baş katibi rus əsgərlərinin Abхaziya və Güney Osetiyadan çəkilməsini mütləq şərt adlandırıb. Deməli, tərəflər silaha əl ata bilərlər. Bunun Ukraynada necə tazahür edə biləcəyi maraqlıdır.
Şahin Məhəmmədoğlu olaylar

Hiç yorum yok: