azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

Mahmud Əhmədinejad İrana qarşı yeni sanksiyalar məsələsini zəiflik əlaməti kimi qiymətləndirib

Mahmud Əhmədinejad İrana qarşı yeni sanksiyalar məsələsini zəiflik əlaməti kimi qiymətləndirib
İran prezidenti Mahmud Əhmədinejad İranın mübashiəli nüvə proqramı ilə bağlı yeni sanksiyalar haqda danışıqları zəiflik əlaməti kimi qiymətləndirib. Bu gün dövlət televiziyasında çıxış edən cənab Əhmədinejad deyib ki, Tehran nüvə fəaliyyətlərini davam etdirəcək. Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin bu həftə açıqladığı hesabatda İranın nüvə fəaliyyətlərinin dinc mahiyyət daşıdığı aydın bildirilir. BMT-nin Nüvə Agentliyi bildirib ki, İranın Tehranın nüvə silahı istehsalı ilə bağlı təhqiqat məsələsində İranla çıxılmaz vəziyyət yaranıb. Hesabat Fransa və Birləşmiş Ştatlar kimi bəzi dövlətlərdə İrana qarşı yeni sanksiyalar tətbiq etmək fikri yaratmışdır. Mahmud Əhmədinejad Beynəlxalq Atom Enerjisi Agentliyinin təhqiqat apararkən öz səlahiyyətlərini aşdığını deyərək bildirib ki, agentlik başqa hökumətin ittihamlarını öz gündəliyinə sala bilməz. voa

Hiç yorum yok: