azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Eylül 2008 Salı

İran Hərbi Hava Qüvvələri ilk dəfə genişmiqyasli təlimlərə başlayıb

İran Hərbi Hava Qüvvələri ilk dəfə genişmiqyasli təlimlərə başlayıb
İranın Hərbi Hava Qüvvələrinin tarixində ilk dəfə olaraq bütün İran ərazisini əhatə edən, müdafiə potensialının cəlb edildiyi ilk geniş miqyasli təlimlər başlanıb. Təlimlərin İranın Hərbi Hava Qüvvələri "İslam inqilabı korpusu" ilə birgə hava müdafiəsi sisteminin funksiyalarını əlaqələndirmək məqsədi ilə keçirildiyi bildirilir. İran Hərbi Hava Qüvvələrinin komandanı general Əhməd Miqani “İrna” agentliyinə “Vilayət müdafiəçiləri” şərti adı ilə keçirilən hərbi manevrlərin ölkə ərəzisində uğurla davam etdiyi barədə məlumat verib. Onun sözlərinə görə, hərbi təlimlərdə silahli qüvvələrin çoxlu sayda təyyarələri eləcə də ölkə ərazisindəki hərbi hava bazaları iştirak ediblər. Hərbi komandan həmçinin manevrlərin 3 mərhələdə aparılacağını və əsas məqsədin döyüş və hava qüvvələrinin hazırlıq səiviyyəsinin artırılması məqsədi daşıdığını söyləyib.

Hiç yorum yok: