azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Eylül 2008 Perşembe

Bu gün Üzeyir Hacıbəyovun doğum günü, eyni zamanda Azərbaycanda Musiqi Günüdür

Bu gün Üzeyir Hacıbəyovun doğum günü, eyni zamanda Azərbaycanda Musiqi Günüdür (FOTO)Bu münasibətlə Bakı Musiqi Akademiyasının qarşısında konsert proqramı və Musiqi Mədəniyyəti Muzeyində bəstəkarlıq məktəbinin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçiriləcək
Bu gün Azərbaycan professional musiqisinin banisi, XX əsrin dahi şəxsiyyətlərindən biri Üzeyir Hacıbəyovun anadan olmasından 123 il keçir. Ü.Hacıbəyov dahi bəstəkar, Azərbaycanın, eləcə də Şərq opera sənətinin banisi, «Leyli və Məcnun», «Koroğlu» kimi təkrarsız operaların, «Ər və arvad», «O, olmasın, bu olsun», «Arşın mal alan» operettaları, eləcə də bu əsərlərin libbrettolarının, «Azərbaycan xalq musiqisinin əsasları» adlı elmi-nəzəri risalənin, həmçinin saysız-hesabsız məqalələrin müəllifi, böyük müsiqişünas, alim, publisit, görkəmli dramaturq və gözəl pedaqoq olub.
Üzeyir Hüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 18-də Ağcabədidə anadan olub. İlk təhsilini Şuşada iki illik məktəbdə alan Üzeyir bəy 1899-cu ildə Qori seminariyasına daxil olur. 1908-ci ildə ilk operası - «Leyli və Məcnun»nu yazır. 1909-ci ildə isə nəinki Azərbaycanda, bütövlükdə Şərqdə ilk musiqili komediya sayılan «Ər və arvad» əsərini yaradır. Azərbaycan mədəniyyətinin inkişafında çox misilsiz rolu olan dahi sənətkar 1948-ci il noyabrın 23-də vəfat edib.
Üzeyir Hacıbəyovun doğulduğu gün, 18 sentyabr artıq on üçüncü ildir ki, rəsmən həm də Milli Musiqi günü kimi qeyd edilir. Bu ənənənin ilk təşəbbüskarı mayestro Niyazi olub. 1995-ci ildə isə Heydər Əliyev Üzeyir Hacıbəyovun anadan olmasınının 110 illik yubileyi ərəfəsində həmin günün Milli Musiqi Günü kimi qeyd olunması barədə fərman imzalayaraq, bu ənənəni rəsmiləşdirib. Ənənəyə uyğun olaraq, bu il də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Musiqi gününün keçirilməsi haqqında fərmanına əsasən bir sıra tədbrilər olacaq. Bunların sırasında Bakı Musiqi Akademiyasının qarşında təşkil olunacaq pulsuz konserti və Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan bəstəkarlıq məktəbinin 100 illik yubileyi münasibətilə keçiriləcək beynəlxalq elmi konfransı xüsusilə qeyd etmək lazımdır. /ANS/

Hiç yorum yok: