19 Eylül 2008 Cuma
Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrın 25-26-da görüşəcəklər
Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrın 25-26-da görüşəcəklərƏli Babacan, Elmar Məmmədyarov və Edvard Nalbadyanın görüşü BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində baş tutacaq Türkiyə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Əli Babacan, Elmar Məmmədyarov və Edvard Nalbandyan sentyabrın 25-26-da görüşəcəklər. Bu barədə məlumatı CNNtürk kanalı yayıb. Görüş BMT Baş Assambleyasının Nyu - Yorkda keçiriləcək 63 - cü sessiyası çərçivəsində baş tutacaq. Görüşün keçirilməsinə təşəbbüs isə Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əli Babacandan gəlib. Babacan əvvəlcə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, daha sonra ermənistanlı həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq. Bu görüşlərdən sonra hər üç nazir Qarabağ məsələsini üçtərəfli görüş çərçivəsində birgə müzakirə edəcək./ANS TV/
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder