azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Eylül 2008 Perşembe

Tehran Qafqazdakı proseslərdən kənarda qalmaq istəmir

Tehran Qafqazdakı proseslərdən kənarda qalmaq istəmir
Əslində İran Qarabağ münaqişəsinin həllində maraqlı deyil" Türkiyənin irəli sürdüyü Qafqaz Sabitlik və Əməkdaşlıq Platfoması ideyasında adının çəkilməməsi oyundan kənarda qalmaq istəməyən Tehranı hərəkətə gətirib. Xatırladaq ki, Ankara platformada üç Cənubi Qafqaz ölkəsini, Türkiyə və Rusiyanı nəzərdə tutub. İranın xarici işlər nahiri Manüçöhr Möttəki alman həmkarı Frank-Volter Ştaynmayerlə görüşündən sonra deyib ki, Tehran Cənubi Qafqazda stabillik və təhlükəsizliyin bərqərar olması üçün strategiya təklif etməyə hazırlaşır. Onun sözlərinə görə, regionla bağlı məsələlərdə bölgədən uzaqlarda olan ölkələrə arxalanmaq düzgün deyil, çünki bu regional maraqlara xidmət etmir. Ramiz Mikayıloğlu İran hesab edir ki, kənar ölkələrin Qafqaz regionunun işlərinə müdaxilə etməsinə ehtiyac yoxdur. İranın Ermənistandakı səfiri Kamal Zareh isə daha konkret danışıb. O hesab edir ki, Ankara ideyanı tələm-tələsik və qeyri-səmimi şəkildə irəli sürüb. Səfirin əsaslandırması isə odur ki, regional problemlərin həllinə nail olmaq, əməkdaşlığı genişləndirmək üçün İranı nəzərə almamaq mümkün deyil. O əmindir ki, İranı da platformaya daxil etməklə həmin ideyanı normal hala gətirmək olar: "Ən yaxşısı 3+3 variantıdır. Bu, məsələni tənzimləmək üçün ən yaxşı modeldir. Həmin modelə üç Cənubi Qafqaz ölkəsi, o cümlədən Rusiya, İran və Türkiyə daxil olmalıdır. Diqqət yetirilsə, xarici işlər naziri Manüçöhr Möttəkinin son səfər marşrutu da Tehranın niyyətini açıq formada ortaya qoyur. Nazir sentyabrın 12-də Moskvada olub, rusiyalı həmkarıyla görüşüb, növbəti gün Bakıya gəlib, nazir Elmar Məmmədyarovla müzakirə aparıb, sentyabrın 16-da Tehranda ermənistanlı həmkarı Edvard Nalbandyanla bir masa arxasında əyləşib. İrəvan da İranın təşəbbüsünü dəstəkləyir. Tezliklə Tehrana Ermənistan prezidenti Serj Sərkisyan da təşrif buyuracaq. Cənub qonşumuzun diplomatik səylərinin ABŞ və İsrailin Fars körfəzində hərbi qüvvələrini cəmləşdirməsi fonunda olması da diqqət çəkir. Yeri gəlmişkən, Manüçöhr Möttəki ermənistanlı həmkarı ilə görüşdən sonra Qafqazdakı proseslərdə özünü əsas oyunçulardan biri kimi görmək istəyən Tehranın Bakı və İrəvan arasında vasitəçilik etmək niyyətini də açıqlayıb. O bildirib ki, İran Qafqaz regionu ilə qonşu dövlət olaraq region ölkələri arasında əməkdaşlığın bərpa olunması üçün məsləhətləşmələr keçirilməsini təklif edib. Ermənistan və İranın ümumi maraqları bölüşdüyünü və regional problemlərə baxışları eyni olduğunu söyləyən nazir, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində İrəvanla Bakı arasında vasitəçi olmağa hazır olduqlarını vurğulayıb. Əslində Tehranın hər iki təklifi yuxarıda da dediyimiz kimi, oyundan kənarda qalmamağa hesablanıb. Çünki həm Qərb və Türkiyə, həm də Rusiya Cənubi Qafqazda proseslərə yaxından təsir göstərməyə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində faktiki olaraq əsas vasitəçiyə çevrilməyə çalışırlar. İranın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etmək niyyəti isə Azərbaycanda xüsusən mənfi qarşılanır. Bu da Birinci Qarabağ müharibəsində cənub qonşumuzun işğalçı ölkənin ərzaq və digər zəruri məhsullarla təminatında, Şuşanın işğalında oynadığı rolun hər bir azərbaycanlıya məlum olmasıyla bağlıdır. Bu gün də İranın Türkiyə və Azərbaycanın blokadasıyla üzləşən Ermənistanın ayaq üstə dayanmasında müstəsna yeri var. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz professor, ölkəmizin İrandakı sabiq səfiri Nəsib Nəsibli deyir ki, rəsmi Tehran əvvəllər də qonşu ölkə kimi belə təşəbbüslərdə bulunub. Amma Rusiya amilinə görə Tehranın vasitəçilik cəhdlərinin heç bir əhəmiyyəti olmayıb. 1992-93-cü illərdə Moskvanın cənub qonşumuzun vasitəçilik təşəbbüslərinə acıqlı reaksiya verdiyi, Tehranda danışıqlar aparıldığı, protokolların imzalandığı bir vaxtda Şuşa və Laçının işğal olunduğu da məlumdur. Yəni həmin vasitəçilik Azərbaycan üçün acı nəticələrlə yadda qalıb: "İndi də tez-tez Tehran vasitəçilik missiyasını yerinə yetirməyə hazır olduğunu təkrar edir. Niyə? Çünki hər bir ölkənin diplomatiyası bir sülhpərvər rol oynamaq istədiyini, yaxud oynadığını göstərməyə çalışır. Bu, həmin ökənin diplomatiyasının təbliğati tərəfidir. İkincisi, İran region dövlətidir. Bu dövlətin nümayəndəsinin dilindən bu cür təşəbbüsün səslənməsi çox məntiqlidir". Nəsib Nəsibli vurğuladı ki, hətta Tehranın vasitəçilik təşəbbüsü baş tutarsa da, bu, Azərbaycan üçün xeyirli olmaz: "Çünki Tehran Azərbaycanın bir dövlət kimi möhkəmlənməsində maraqlı olmayan bir tərəfdir. Məsələnin dərinliyinə getsək, əslində İran Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Münaqişənin həllində, Azərbaycanın ərazi bütövlüyündə maraqlı olsaydı, özünü əsl müsəlman dövləti sayan İran 1992-1993-cü illərdə işğalçı Ermənistanı ərzaq və digər zəruri mallarla təmin etməzdi. Həmin dəstək bu gün də davam edir".

Hiç yorum yok: