azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

Ermənistanda ikinci hərbi baza yaradılır

Ermənistanda ikinci hərbi baza yaradılır "Kremlin 2010-cu ilə kimi İcevanda, Azərbaycan sərhədləri yaxınlığında ikinci hərbi baza tikməsi regiona nəzarəti gücləndirmək niyyətindən biridir"Rusiyanın 2010-cu ilə qədər Azərbaycanla sərhədi yaxınlığında Ermənistanın İcevan rayonunda ikinci hərbi bazasını yaratmağı planlaşdırır. Artıq hərbi bazanın yerləşəcəyi ərazinin müəyyənləşdirilməsi və hazırda həmin əraziyə düşəcək torpaq sahələrinin alınması, hərbi baza ilə bağlı digər hüquqi sənədləşdirmə işlərinin aparılması haqqında məlumatlar yayılıb.
Tural
Ekspertlər Rusiyanın 102 saylı motoatıcı alayın yerləşdiyi Gümrü hərbi bazasından sonra, İcevanda yaradılacaq ikinci hərbi bazanın Bakı-Tiflis-Ceyhan (BTC), Bakı-Tiflis- Ərzurum (BTƏ) neft-qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmiryol xətti və gələcəkdə "Nabucco" layihəsi üçün də böyük təhlükə sayırlar.Politoloq Qafar Çaxmaqlı İcevanda yaradılacaq rus hərbi bazanın Azərbaycan üçün təhlükə kimi qiymətləndirir: "Bir neçə ay əvvəl də bu məsələ gündəmə gəlmişdi. Rusiyanın Ermənistanda ikinci hərbi baza yaratması da mümkündür və Moskva bunu reallaşdırmaq üçün əməli işlərə keçib. Hələ altı ay öncə bu məsələ gündəmə gələrkən fikirləşdik ki, bu baza Türkiyə ilə sərhədlərdə yerləşdiriləcək. Ermənistanın Türkiyə ilə böyük sərhədlərinin olması səbəbindən bu bazanın həmin istiqamətlərdə qurulacağını düşünmək olardı. Amma indi görürük ki, Rusiya və Ermənistan təhlükənin Azərbaycan və Gürcüstandan olacağını fikirləşiblər". Onun sözlərinə görə, bu bazanın İcevan rayonunda yerləşdirilməsi İrəvanın təcavüzkar planlarının nəticəsidir: "Əvvəl yayılan məlumatlarda qeyd olunurdu ki, Gürcüstandan çıxarılan qoşunların yerləşdirilməsi üçün Ermənistanda problemlər yaranıb. Yəni Axalkalakidən çıxarılan hərbi sursatın və qoşunların bir hissəsi İrəvana gətirilərkən yerləşdirilmədə yaranmış problemlərə görə ikinci bir yerin təyin olunması üçün Ermənistan hökumətinə müraciət olunub. Çox güman ki, erməni rəsmiləri də Azərbaycanla sərhəd rayonunda yer təklif ediblər. Sərhədlərimizin yaxınlığında ikinci bazanın yaradılması artıq Azərbaycana böyük təhlükədir. İrəvan onsuz da müstəqil siyasət yürütmək gücündə deyil və bu ölkə hər bir siyasi-iqtisadi strukturunu Kremlə təhvil verib. Hətta bəzi sahələrdə Rusiyanın nəzarəti o qədər güclüdür ki, ermənilərin həmin sahədən xəbəri yoxdur. Rusiya öz "forpostu"nda bazalarını yerləşdirməklə Cənubi Qafqazda apardığı siyasəti gələcəkdə də davam etdirəcək. Belə getsə, Rusiyanın növbəti Gürcüstan olaylarını təkrarlaması hər zaman gözlənilən olacaq. Kremlin 2010-cu ilə kimi Qazax rayonu ilə sərhəddə ikinci hərbi baza tikməsi regiona nəzarəti gücləndirmək istəyinin göstəricilərindən biridir. Belə bir baza Bakı-Tiflis-Ceyhan neft kəmərinə, Bakı-Tiflis-Ərzurum qaz kəmərinnə, Bakı-Tiflis-Qars dəmiryolu xəttinə, təhlükələr doğurar. Hətta gələcəkdə "Nabucco" layihəsinin qarşısına sədd çəkər. Regionda baş qaldıracaq kiçik bir toqquşma və ya lokal müharibədən istifadə edən rus qoşunları Azərbaycanın Qərblə iqtisadi əlaqələrini kəsə bilər". xalqcebhesi

Hiç yorum yok: