azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Eylül 2008 Pazartesi

İngilis Kilsəsi Darvindən üzr istəyəcək

İngilis İngilis Kilsəsi Darvindən üzr istəyəcək İngilis Kilsəsi təkamül nəzəriyyəsinin banisi Çarlz Darvindən üzr istəyəcək.
Lent.az-ın İngiltərə mətbuatına istinadən məlumatına görə, buna səbəb kilsənin Darvini 126 il əvvəl səhv başa düşməsidir. Kilsənin internet səhifəsində sabah yayımlanacaq üzrxahlıq mətni belədir: “Çarlz Darvin, dünyaya gəlişindən 200 il sonra İngilis Kilsəsi sənə bir üzr borcludur – səni səhv başa düşdüyü, sənə yanlış reaksiya verdiyi və başqalarının da səni səhv başa düşməsinə səbəb olduğu üçün. Sənin nüfuzunun qaytarılması üçün aparılan mübarizə davam edir”.Kilsədən bildirilib ki, bütün insanlar səhv edə bilər: “Biz belə bir səhvi Qalileonun fikirləri ilə bağlı etdik. Amma sonra ondan üzr istədik. İndi isə Darvinlə bağlı yanlışlıq ortadan qaldırılmalıdır. Darvin elmi teoremləri ilə xristianlığın elmi bir-birinə zidd deyil”.
LENT.AZ

Hiç yorum yok: