azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Eylül 2008 Salı

Rusiya Güney Azərbaycanda hərbi baza qurur

Rusiya Güney Azərbaycanda hərbi baza qurur
İran mətbuatı rəsmi Kremlin ölkə ərazisində iki hərbi baza yerləşdirmək niyyətində olduğunu xəbər verir "Şahab News" xəbər agentliyinin yaydığı məlumata görə, Rusiya İranda iki hərbi baza qurmaq niyyətindədir. Həmin mənbə, bazalardan birinin Türkiyə və Azərbaycan Respublikasıyla sərhəddə yerləşən Güney Azərbaycan ərazisində, ikincisinin isə Fars körfəzində yerləşdiriləcəyini vurğulayır. Küveytdə nəşr edilən "Əl-Dar" qəzetinin məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə isə, rəsmi Moskvanın Fars körfəzində yerləşən "Qəşm" adasında qurmaq arzusunda olduğu ikinci baza əsasən raketlərdən müdafiə qurğularından ibarət olacaq.
Turqut
Həmin mənbə əlavə edir ki, bu sistem ABŞ-ın Polşa və Çexiyada yerləşdirmək istədiyi raketlərdən müdafiə qurğularından və ABŞ-ın Fars körfəzindəki hərbi donanmasından gələn təhlükələrə cəvab olaraq nəzərdə tutulur. İranın "Cam-e Cəm" qəzeti isə İranda ən azı iki hərbi bazanın təsis edilməsinin vacibliyi barədə rəsmi Kremlin qarşısında təkliflə ilk dəfə olaraq İran Tədqiqat Mərkəzinin çıxış etdiyini vurğulayır. Yayılan xəbərlərə görə, bütün bunların qarşılığında rəsmi Moskva Tehrana bir sıra şirnikləndirici vədlər verib. Belə ki, Rusiya İranın Buşehr nüvə qurğularının 2009-cu ilədək təkmilləşdirilərək istifadəyə verilməsinə və İsrail İrana hücum etdiyi təqdirdə bu ölkəyə hərbi dəstək olacağına təminat verib. Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın Nüvə Agentliyi, İranın Buşehr Nüvə Stansiyasının təkmilləşdiriləcəyilə bağlı rəsmi açıqlamayla çıxış etmişdi. Londonun "Ceymz Defens" jurnalı hərbi -diplomatik mənbələrə istinadən Moskvanın 1992 və 1997-ci illərdə İrana təhvil verdiyi üç sualtı qayıqdan birinin yenidən qurulması, izləmə cihazları, suda ve quruda hədəfləri vura biləcək raket sistemilə silahlandırılması haqda məlumat yayıb. Qeyd edək ki, İran rəsmiləri ruslara hərbi baza verilib-verilməməsi kimi iddialara hər hansı münasibət bildirməyib. Bu arada İran və Rusiyanın xarici işlər nazirləri Moskvada nüvə enerjisi sahəsində əməkdaşlığa dair danışıqlar aparmaq üçün bir araya gəliblər. Rusiyanın "İnterfaks" xəbər agentliyi xarici işlər naziri Sergey Lavrova istinadən xəbər verib ki, tərəflər Rusiyanın dövlət şirkətinin İranın ilk nüvə elektrik stansiyasının inşasını başa çatdırması məsələsini müzakirə edəcəklər. Hətta Sergey Lavrov bildirib ki, İranın cənubunda Buşehr şəhərində stansiyanın inşasıyla bağlı əməkdaşlıq yaxşı səviyyədə aparılır. Onu da qeyd edək ki, bu həftənin əvvəli Atomstroyeksportun rəhbəri bildirmişdi ki, stansiyanın işə düşməsinə hazırlıqlar başa çatmaq üzrədir. Stansiyanın işə düşməsi üçün müddət sentyabrın 29-u Rusiya və İranın nüvə eksperltərinin görüşündən sonra müəyyənləşdiriləcək. xalqcebhesi

Hiç yorum yok: