azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

DİNİ RƏHBƏRİN HƏRBİ MÜŞAVİRİ: «ABŞ QÜVVƏLƏRİ SƏHV BURAXSALAR, BÖYÜK İTKİ VERƏCƏKLƏR»

DİNİ RƏHBƏRİN HƏRBİ MÜŞAVİRİ: «ABŞ QÜVVƏLƏRİ SƏHV BURAXSALAR, BÖYÜK İTKİ VERƏCƏKLƏR»
Yəhya Rəhim Səfəvi
İran dini rəhbərinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvi ABŞ və İsrailin bölgədə yeni və böyük bir müharibəyə başlatmaq imkanında olmadığını deyib.
«Media forum» saytının məlumatına görə, sentyabrın 19-da jurnalistlərə açıqlamasında Y.R.Səfəvi deyib: «Sionist rejim böyük bir müharibəyə başlamağa qadir deyil. Amerikalıların isə bölgədə İraq, Əfqanıstan və Gürcüstandan sonra dördüncü cəbhə açmaq iqtidarında olmadıqları güman edilir».
İran dini rəhbərinin hərbi müşaviri onu da deyib ki, ABŞ qüvvələri bölgədə səhv buraxsalar, böyük itki verəcəklər və «onların 200 min əsgəri ciddi təhlükə ilə üz-üzə qalacaq».
İran körfəzinə nəzarətin İran İnqilab Keşikçiləri Korpusuna («Sepah») tapşırılmasına toxunarkən general Səfəvi İran silahlı qüvvələrinin Hörmüz boğazını nəzarətdə saxlamaq iqtidarında olduğunu vurğulayıb.
«Media forum»

Hiç yorum yok: