azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Eylül 2008 Perşembe

Amerika bu gün Rusiyaya qarşı mühüm qərarlar verəcək

Amerika bu gün Rusiyaya qarşı mühüm qərarlar verəcək Kondoliza Rays Moskvaya qarşı tədbirləri bu gün açıqlayacaq Amerika Birləşmiş Ştatları elan edib ki, Vaşinqton Rusiyanın Gürcüstandakı hərəkətlərinə görə Moskvaya qarşı yeni addımlar atmağa hazırlaşır.Bu addımların nədən ibarət olacağı barədə məlumatı dövlət katibi Kondoliza Rays bu gün Bakı vaxtilə axşam saat 10.00-da, Ağ Evin sözlərilə desək, özünün mühüm çıxışında verəcək.
Dövlət Departamentində üçüncü vəzifəli şəxs sayılan Vilyam Börns Senat qarşısında deyib ki, bu addımlar Rusiya - Amerika hərbi proqramlarının ləğvi və mülki nüvə proqramları sahəsində əməkdaşlığın dayandırılmasından daha uzağa gedə bilər.
Dövlət Departamenti bildirib ki, hazırda Avropa müttəfiqləri ilə bu barədə məsləhətləşmələr aparılır.
Departament bu qənaətdədir ki, Moskva, Fransa Prezidenti Nikola Sarkozi və Rusiya Prezidenti Dmitri Medvedev arasında əldə olunmuş, Rusiya qoşunlarının Gürcüstandan çıxarılmasına dair razılaşmanın şərtlərinə əməl etmir.
Vilyam Börns bildirib ki, dövlət katibinin çıxışında Moskvaya qarşı mümkün gələcək tədbirlər elan olunacaq.
Amerikada artıq bir çox rəsmilər Rusiya ilə Dünya Ticarət təşkilatı arasında üzvlük barədə danışıqların dayandırılmasına çağırıblar.
Buy gün az sonra DTT Rusiyanın üzvlüyü məsələsi ilə bağlı qeyri-rəsmi iclas keçirir.
Amerika rəsmiləri həmçinin Rusiyanın Böyük Səkkizlər qrupundan xaric edilməsinə çağırılar.
Dövlət Departamenitinin siyasi bölümünə rəhbərlik edən Vilyam Börns deyib ki, Rusiya artıq Gürcüstanda törətdiklərinin iqtisadi ziyanını çəkir, bunun ardınca isə siyasi nəticələr olacaq.
Doğrudan da ekspertlər bildiriblər ki, Rusiyanın Gürcüstandakı hərəkətləri artıq ona investisiya qoyanları ölkədən hürkütməyə başlayıb.
Rusiyanın Mərkəzi bankı məzənnəsi ölməkdə olan rublu diri saxlamaq üçün öz ehtiyatlarından milyardlarla dollar xərcləmək məcburiyyətindədir.bbc

Hiç yorum yok: