azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Eylül 2008 Salı

MOSKVADA AZƏRBAYCAN VƏTƏNDAŞI VƏHŞİCƏSİNƏ ÖLDÜRÜLÜB

MOSKVADA AZƏRBAYCAN VƏTƏNDAŞI VƏHŞİCƏSİNƏ ÖLDÜRÜLÜB

Sentyabrın 15-də gecə Moskvada iki naməlum şəxs Azərbaycan vətəndaşını vəhşicəsinə döyərək bıçaqlayıblar.
«Media forum» saytı xəbər verir ki, zərərçəkən Rusiya paytaxtındakı xəstəxanalardan birinə çatdırılsa da, çox yara aldığından 47 yaşlı işsiz azərbaycanlı dünyasını dəyişib. Onun şəxsiyyəti barədə hələ məlumat verilməyib.

«Media forum»----------------------------------------------------------------------ÇEMPİONLAR LİQASININ QRUP MƏRHƏLƏSİ BAŞLAYIR

Bu gündən UEFA Çempionlar Liqasının qrup mərhələsi start götürür. Hər birində 4 komandanın yer aldığı 8 qrupda ikidövrəlik mübarizə dekabr ayınacan davam edəcək. Qruplarda ilk iki yeri tutan klublar pley-off mərhələsinə adlayacaq, üçüncülər isə mübarizəni UEFA kubokunda davam etdirəcəklər.
İngiltərənin «Arsenal», Portuqaliyanın «Portu», Ukrayna paytaxtının «Dinamo» klublarıyla bir qrupa (G qrupu) düşmüş Türkiyənin «Fənərbaxça» komandası mübarizəyə sabah başlayır. İstanbul klubu ilk oyunu səfərdə «Portu»ya qarşı keçirəcək.
Bu günün təqvimi:
A qrupu
«Çelsi» (İngiltərə) – «Bordo» (Fransa)«Roma» (İtaliya) – «Kluj» (Rumıniya)
B qrupu
«Panatinaikos» (Yunanıstan) – «İnter» (İtaliya)«Verder» (Almaniya) – «Anortosis» (Kipr)
C qrupu
«Barselona» (İspaniya) – «Sportinq» (Portuqaliya)«Bazel» (İsveçrə) – «Şaxtyor» (Ukrayna)
D qrupu
«Marsel» (Fransa) – «Liverpul (İngiltərə)PSV (Hollandiya) – «Atletiko» (İspaniya).

«Media forum»

Hiç yorum yok: