azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Eylül 2008 Pazartesi

Ermənistan-Azərbaycan münasibətləri

Ermənistan-Azərbaycan münasibətləri Serj Sərkisyan: “Abdullah Gül Qarabağ münaqişəsinin həllində yardımını təklif edib” ... “Mən Abdullah Gülün zərurət olduğu halda Ermənistan-Azərbaycan münasibətlərinin həllinə yardım təklifini sevinclə qəbul etdim”
Bu barədə Ermənistan prezidenti Serj Sərkisyan erməni jurnalistlərinin suallarına cavab verərkən bildirib. O qeyd edib ki, bütün araşdırmalar göstərir ki, həm erməni, həm türk cəmiyyətinin böyük əksəriyyəti həm təşəbbüsə, həm də Gülün Ermənistan səfərinə müsbət qiymət verib.
“Bizim məqsədimiz var idi - atmosferi düzəltmək və düşünürəm ki, biz ona nail olduq”, deyən Sərkisyan əlavə edib ki, danışıqlar zamanı Gül bir neçə dəfə xatırladıb ki, Türkiyədə Ermənistanla problemləri həll etmək üçün siyasi iradə var.
“Mən Türkiyə prezidentinin bu sözlərə hansısa digər şərtlər əlavə etməməsini çox mühüm hesab edirəm, bu, bizim üçün çox vacibdir. Mən həmçinin çox şadam ki, Gül görüşümüz barədə təəssüratlarını Azərbaycan prezidenti ilə bölüşüb. Fikrimcə, danışıqlar atmosferinin yayılması çox vacibdir.
Görüş zamanı cənab Gül həmçinin bildirib ki, zərurət olduğu halda o, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına yardım etməyə hazırdır və mən bunu sevinclə qəbul etdim, belə ki, əqli cəhətdən normal olmayan insan yardımdan imtina edə bilər. Həm də yardımı vasitəçilikdən fərqləndirmək lazımdır. Əminəm ki, Minsk qrupunun həmsədrlərinə bu məsələnin həllində yardım edə biləcək istənilən addımı yalnız və yalnız müsbət qiymətləndirmək lazımdır.
Biz cənab Gül ilə Türkiyənin digər təşəbbüsü -”Qafqaz platforması"nın yaradılması haqqında da danışmışıq. Türkiyə tərəfi əvvəldən bildirib ki, bu təşəbbüs başqa bir qurumun və ya formatın alternativi olmayacaq, bu, atmosferin yaxşılaşdırılmasına yönələcək. Mənim fikrimcə, biz bu təşəbbüsü alqışlamalıyıq.
Bizim ümumiyyətlə hansısa müzakirədən qaçmaq hüququmuz yoxdur, xüsusən, əgər bu, təhlükəsizliyimizin daha da möhkəmlənməsinə yönəlibsə. Deməyə sözü olmayan, kompleksli insanlar ünsiyyətdən və söhbətdən yayınır. Bizim heç bir kompleksimiz yoxdur.
Biz bu regionda yaşayırıq, qonşularımız var. Onlardan bəziləri ilə çox yaxşı münasibətlərimiz var. Qonşularımızdan biri ilə cənab Gülün səfərinə qədər münasibətimiz yox idi, digər qonşumuzla münasibətlərimizi bərpa etməli və yaxşılaşdırmalıyıq.
Bununla əlaqədar olaraq, biz həm təşəbbüs irəli sürməli, həm istənilən ünsiyyətdə fəal iştirak etməliyik. Bizim deməyə sözümüz var. Biz özümüzü heç kimdən aşağı və yuxarı tutmuruq, hamıya hörmətlə yanaşırıq ki, bizə də hörmətlə yanaşsınlar. Əlavə edirəm:
dünən mən cənab Güldən məktub almışam. Məktubda o, danışıqlarımızı və söhbətimizi, həmçinin, futbol matçından sonra xarici işlər nazirləri arasında keçirilən görüşü çox yüksək qiymətləndirib.
Düşünürəm ki, bizim üçün bunun hansısa mənası olmalıdır", deyə Sərkisyan bildirib.
“Turan” butovaz

Hiç yorum yok: