azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

Azərbaycan bölgənin ən cəlbedici ölkəsidir

Azərbaycan bölgənin ən cəlbedici ölkəsidir Davamlı inkişaf və rəqabət qabiliyyətiAzərbaycanın sosial-iqtisadi inkişaf kursunun təhlilləri maraqlı nəticələr verib. Beynəlxalq təşkilatların apardığı araşdırmalar postsovet məkanındakı dövlətlərin iqtisadi sisteminin raqabətə dözümlülüyü səviyyəsini müəyyənləşdirib. Müxtəlif növ böhran situasiyalara milli sosial-iqtisadi sistemlərin reaksiyalarını indeksləşdiriblər. Misal üçün Rusiyanın maliyyə birjasının çöküşü yeridilən sosial-iqtisadi siyasətin nöqsanları ilə əlaqələndirilib. Azərbaycana isə dünyanı silkələyən maliyyə böhranının təsiri minimum səviyyədə dəyərləndirilməkdədir. Bunun səbəbləri haqqında da mütəxəssis rəyləri vardır. Əslində bu proseslərin mənbəyi bir neçə il qabağa gedib çıxır.

Hər bir müstəqil ölkənin rəqabət qabiliyyətini ifadə edən göstəriciləri vardır. Həmin göstəricilər iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Onlar kompleks halında milli sosial-iqtisadi sistemin inkişafa və müxtəlif kataklizmalərə dayanıqlıq dərəcəsini xarakterizə edirlər. O cümlədən, milli iqtisadi sistemin inkişafının davamlılığı müəyyən edilir. Cəmiyyətin daxili resurslar hesabına dayanıqlı inkişafını hansı şərtlər daxilində davam etdirə biləcəyi dəqiqləşir. Həmin göstəricilərin sayı təqribən 10-12 arasıdır. Beynəlxalq maliyyə qurumlarının 6 ay öncə apardığı araşdırmalarda Azərbaycan MDB məkanında rəqabətə yüksək dayanıqlığı olan ölkələrdən biri kimi xarakterizə olunmuşdu. Həmin göstəricilər arasında Azərbaycanda əhalinin həyat səviyyəsinin sürətlə qalxması ilə iqtisadi sistemdə rəqabət mühitinin səviyyəsi arasındakı nisbət diqqətləri çəkirdi. Rusiya bu göstəricidə risq bölgəsində idi. Qazaxıstan və Azərbaycanda həmin bölgəyə yaxın məskunlaşmışdı. Ancaq Rusiyadan fərqli olaraq Azərbaycan və Qazaxıstanın həmin zonadan çıxmaqda olduğu qeyd olunurdu. Bu ölkələrdə biznes rəqabəti göstəricisi yaxşı idi. Xarici sərmayələrə ölkə iqtisadiyyatının hazır olması həmin bağlılıqda ciddi faktor sayılır. Son dəyərləndirmələrdə Azərbaycan aid olduğu ölkələr kateqoroyasında xarici sərmayələrə ən əlverişli şərait yaradan ölkə olaraq göstərilir. Müqayisə üçün deyək ki, son 6 ayda qardaş Türkiyəyə xarici sərmayə qoyuluşu 35% azalıb. Azərbaycanın cəlbedicilik dərəcəsi isə ən yüksək səviyyədə qalmaqdadır. Deməli, dünyanın iş adamları üçün ölkəmiz sərmayə qoyuluşuna ən yararlı yerdir. Bu göstərici təsadüfən formalaşmır. İndi dünyada sakit məmləkət tapmaq problemə çevrilib. Həm də ona görə ki, bütün dünya dövlətləri bir-birinə bağlıdır və birində baş verən silkələnmə digərlərinə də yayılır. Bu da faktiki olaraq sərmayə qoyanın bütün dünya üzrə təhlükəsizlik haqqında düşünməyə məcbur olması deməkdir.

Bütün bu göstəricilərə görə postsovet məkanında ən etibarlı ölkənu müəyyən etmək olur. Həmin sıraya daha bir vacib amil də əlavə etmək lazım gəlir. Bu amil eneryi təhlükəsizliyi ilə bağlıdır. Qafqazdakı böhrandan sonra bu məsələ daha böyük aktuallıq kəsb etməyə başlayıb. Dünyanın böyük gücləri yeni qüvvə ilə enerji təhlükəsizliyi faktoruna diqqət yetirməkdədirlər. Həmin dalğa Xəzər hövzəsi faktorunu önə çıxarıb. Bu məkan ətrafında geosiyasi gedişlərin sürəti çox artıb. O cümlədən, Azərbaycanın etibarlılığı və təhlükəsizliyinin təmini daha geniş məzmun kəsb etməkdədir. Bu faktorların yekun effekti olaraq Azərbaycanın sosial-iqtisadi sistem kimi dünya üçün əhəmiyyəti çox artıb. Bizim ölkənin inkişafı birbaşa dünya iqtisadi sisteminin dayanıqlı tərəqqisinə bağlı olur.

Təbii ki, bu kimi qiymətləndirmələr öz-özünə yaranmayıb. Bunun arxasında kifayət qədər ciddi işlənmiş siyasi kurs dayanır. Elə bir kurs ki, bölgədə baş verən istənilən kataklizmə qarşı dayanıqlı ola bilsin. Davamlı inkişafın əsas şərtlərindən biri bundan ibarətdir. Azərbaycan prezidentinin yoxsulluğun azaldılması və ölkənin dayanıqlı inkişafının təmin edilməsi ilə bağlı verdiyi son fərman bütün bunlara görə strateji mahiyyət daşıyır. Dayanıqlı inkişafın təmin edilməsi ilə Azərbaycan bölgədə liderliyini və demokratik mahiyyətini qoruya biləcək. Prezident seçkisindən sonra bu tendensiyanın daha böyük ölçüdə davam edəcəyinə şübhə yoxdur. Ölkəmiz hər bir göstəriciyə görə yeni səviyyəyə qalxacaq. Onun dünyanın ən inkişaf etmiş ölkələr sırasına qatılmasına az qalıb.

Şahin Məhəmmədoğlu olaylar

Hiç yorum yok: