azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Eylül 2008 Perşembe

Türkiyə və Ermənistan diplomatları arasında danışıqlar

Türkiyə və Ermənistan diplomatları arasında danışıqlar
İsveçrədə Türkiyə və Ermənistan diplomatları arasında danışıqların növbəti mərhələsi başlayıb.
Butovaz- APA-nın verdiyi məlumatına görə, bu barədə “Turkish Daily News” qəzeti xəbər yayıb. Qəzet yazıb ki, Bern şəhərində aparılan danışıqlarda Türkiyəni Xarici İşlər Nazirliyi aparatının rəhbəri Ərtoğrul Apakan və onun müavini Ünal Çeviköz təmsil edir.
Diplomatlar iki ölkə arasındakı problemlərlə yanaşı, sentyabrın sonunda Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüşlə bağlı məsələni də müzakirə edirlər.
Müzakirələr uğurlu alınarsa, tərəflər xoş niyyət bəyannaməsi imzalaya bilər. Bəyannamənin Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşündə elan edilməsi nəzərdə tutulur.
Diplomatik mənbələrin bildirdiyinə görə, Ermənistan 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiya yaradılması barədə Türkiyənin təklifinə razılıq vermək üzrədir.
Xatırladaq ki, bu ilin may və iyul aylarında da İsveçrədə Türkiyə və Ermənistan diplomatlarının qapalı görüşləri keçirilib. butovaz

Hiç yorum yok: