azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Nisan 2009 Pazartesi

TÜRKİYƏ-AZƏRBAYCAN SİYASİ ƏLAQƏLƏRİNİN TARİXİ (Xronologiya)

“Media forum” saytı AzərbaycanlaTürkiyənin münasibətlər tarixindən bəhs edən növbəti yazını oxucuların diqqətinə çatdırır.

Xarici İşlər Nairliyinin sayta təqdim etdiyi arayışda qeyd olunur ki, Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq yüksələn xəttlə inkisaf edir: “İki dövlət strateji tərəfdaşdır. Ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dövlət və hökumət xadimlərinin, iqtisadi məsələlər üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri, sahələr üzrə idarələrarası qurumların, müştərək komissiyaların iclasları davamlı şəkildə keçirilir.

Beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Türkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür, tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, bir-birinə qarşılıqlı dəstək verir”.

İki ölkə arasında qarşılıqlı əlaqələrin xronologiyası

1991-ci il noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini tanıyıb, diplomatik əlaqələr

1992-ci il yanvarın 14-də yaradılıb. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətdir.

Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustundan, İstanbulda baş konsulluq 1993-cü ilin yanvarından fəaliyyətə başlayıb, 2004-cü il aprelin 12-də Qarsda baş konsulluq təsis edilib.

Türkiyənin Azərbaycandakı səfirliyi və Naxçıvandakı baş konsulluğu 1992-ci ilin yanvarında açılıb.

1992-ci ilin yanvarında Azərbaycan prezidenti Ayaz Mütəllibov Türkiyəyə rəsmi səfər edib.

1-3 may 1992-ci ildə Türkiyə prezidenti Turqut Özal Azərbaycana rəsmi səfər edib.

1992-ci ilin iyununda Azərbaycan prezidenti Əbülfəz Elçibəy Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlıq Forumunun yaradılması üçün keçirilən konfransda iştirak etmək üçün Türkiyədə işgüzar səfərdə olub.

27 oktyabr- 4 noyabr 1992-ci ildə prezident Əbülfəz Elçibəy Türkiyəyə rəsmi səfər edib.

21-22 aprel 1993-cü ildə prezident Əbülfəz Elçibəy Türkiyənin dövlət başçısı Turqut Özalın dəfn mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olub.

8-11 fevral 1994-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev Türkiyədə rəsmi səfərdə olub.

18-19 oktyabr 1994-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev türkdilli ölkələrin dövlət başçılarının II zirvə toplantısında istirak etmək məqsədilə Türkiyəyə səfər edib.

26-28 dekabr 1994-cü ildə Türkiyə Böyük Millət Məclisinin Sədri Hüsaməddin Cindoruk Azərbaycanda rəsmi səfərdə olub.

12 aprel 1995-ci ildə Türkiyənin baş naziri Tansu Çillər Azərbaycanda qısamüddətli işgüzar səfərdə olub.

10-12 iyul 1995-ci ildə Türkiyənin baş naziri T.Çillər Azərbaycana rəsmi səfəri edib.

7-9 dekabr 1995-ci ildə Türkiyə prezidenti Süleyman Dəmirəl Azərbaycanda rəsmi səfərdə olub.

14-15 aprel 1996-cı ildə Türkiyənin baş naziri Məsud Yılmaz Azərbaycana rəsmi səfər edib.

19-20 mart 1997-ci ildə Türkiyə parlamentinin sədri Mustafa Kalemli Azərbaycana rəsmi səfər edib.

5-8 may 1997-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev Türkiyədə rəsmi səfərdə olub.

12 noyabr 1997-ci ildə Türkiyənin baş naziri Məsud Yılmaz Bakıda keçirilən "İlkin neftin alınması"na həsr olunan mərasimdə iştirak etmək məqsədilə Azərbaycana səfər edib.

8-9 sentyabr 1998-ci ildə Bakıda keçirilən İpək Yolunun bərpasına həsr edilən konfransa Türkiyə prezidenti S.Dəmirəl də qatılıb.

28-31 oktyabr 1998-ci ildə Azərbycan prezidenti H.Əliyev Türkiyənin Cümhuriyyətinin 75 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə bu ölkədə səfərdə olub.

18 oktyabr 1999-cu ildə Türkiyə prezidenti S.Dəmirəl Bakıda işgüzar səfərdə olub.

31 oktyabr-2 noyabr 1999-cu il tarixində Azərbaycan prezidenti H.Əliyev Türkiyədə səfərdə olub.

18-19 noyabr 1999-cu ildə ATƏT-in İstanbulda keçirilən zirvə görüşündə Azərbaycan prezidenti H.Əliyev iştirak edib.

7 fevral 2000-ci ildə Türkiyə Böyük Millət Məclisinin sədri Yıldırım Akbulut Azərbaycana rəsmi səfərə gəlib.

8-9 aprel 2000-ci ildə Türkiyə prezidenti S.Dəmirəl türkdilli ölkələrin dövlət başçılarının VI zirvə toplantısında və "Kitabi-Dədə Qorqud" dastanının 1300-illiyinə həsr olunan yubiley mərasimlərində iştirak etmək məqsədilə Azərbaycana səfər edib.

11-12 iyul 2000-ci ildə Türkiyə prezidenti Əhməd Necdat Sezər Azərbaycanda rəsmi səfərdə olub.

12-17 mart 2001-ci ildə Azərbaycan prezidenti H.Əliyev Türkiyəyə rəsmi səfər edib.

26-27 aprel 2001-ci ildə Azərbaycan prezidenti H.Əliyev İstanbulda keçirilən türkdilli ölkələrin dövlət başçılarının VII zirvə toplantısında iştirak etmək məqsədilə Türkiyədə səfərdə olub.

9-14 iyul 2001-ci ildə Milli Məclisinin sədri Murtuz Ələsgərov Türkiyəyə səfər edib.

6-10 fevral 2002-ci ildə Türkiyə Böyük Millət Məclisinin Sədri Öğər İzgi Azərbaycanda rəsmi səfərdə olub.

29-30 aprel 2002-ci ildə Azərbaycan prezidenti H.Əliyev Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Trabzonda keçirilən zirvə görüşündə iştirak edib.

17-18 sentyabr 2002-ci ildə Türkiyə prezidenti Ə.N.Sezər Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməlatma mərasimində istirak etmək məqsədilə Azərbaycanda işgüzar səfərdə olub.

7-8 yanvar 2003-cü il tarixində Türkiyənin Ədalət və İnkisaf Partiyasının sədri Rəcəb Teyyub Ərdoğanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

8 sentyabr 2003-cü ildə Azərbaycanın baş naziri İlham Əliyev Türkiyəyə rəsmi səfər edib.

16 dekabr 2003-cü ildə Türkiyə prezidenti Ə.N.Sezər və onun rəhbərlik etdiyi 20 nəfərlik nümayəndə heyəti, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hilmi Özkök, həmçinin Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın rəhbərliyi ilə 100 nəfərlik nümayəndə heyəti eks-prezident H.Əliyevin dəfn mərasimində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olub.

11-12 yanvar 2004-cü il tarixində Türkiyənin xarici işlər naziri və baş nazirin müavini Abdulla Gül Azərbaycanda rəsmi səfərdə olub.

13-15 aprel 2004-cü ildə Azərbaycan prezidenti İ.Əliyevin Türkiyəyə ilk rəsmi səfəri baş tutub.


26-29 iyun 2004-cü ildə İ.Əliyev İstanbulda keçirilən NATO zirvə toplantısında iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olub.


17-18 noyabr 2004-cü ildə Türkiyənin dövlət naziri Gürşad Tüzmənin başçılıq etdiyi iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyəti Bakıda səfərdə olub.

19 noyabr 2004-cü ildə prezident İ.Əliyev Türkiyənin ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Turan Moralının etimadnaməsini qəbul edib.

24 noyabr 2004-cü ildə prezident İ.Əliyev Türkiyənin Jandarm Qüvvələrinin baş komandanı ordu generalı F.Türkerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

25 noyabr 2004-cü ildə prezident İ.Əliyev ölkəmizdə səfərdə olan Türkiyənin nəqliyyat və rabitə naziri B.Yıldırımı qəbul edib.

10 dekabr 2004-cü ildə Azərbaycanın Qars şəhərindəki bah konsulluğunun açılış mərasimində baş nazirin müavini Abid Sərifov və xarici islər nazirinin müavini Xələf Xələfov iştirak edib.

12 dekabr 2004-cü ildə prezident İ.Əliyev ölkəmizdə səfərdə olan Türkiyənin dövlət naziri G.Aksiti qəbul edib.

29 dekabr 2004-cü ildə Gürcüstan Xarici İşlər Nazirliyində, Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov, Gürcüstanın iqtisadiyyat naziri A.Aleksisvili, Türkiyənin nəqliyyat və informasiya naziri B.Yıldırım Qars-Axalkalaki-Tbilisi marşrutu üzrə dəmir yolunun inşası layihəsinin həyata keçirilməsi haqqında protokol imzalayıblar.

6-9 fevral 2005-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin sədri Bülənd Arınç Azərbaycana rəsmi səfərə gəlib.

10-11 fevral 2005-ci il tarixində xarici işlər naziri E.Məmmədyarov Türkiyəyə rəsmi səfərə gedib.

12-14 aprel 2005-ci il tarixndə Azərbaycan-Türkiyə müştərək iqtisadi komissiyasının 3-cü iclası baş tutub.

27 aprel 2005-ci ildə prezident İ.Əliyev Türkiyənin Qars və ətraf vilayətləri valilərindən ibarət nümayəndə heyətini qəbul edib.

15 may 2005-ci ildə Avropa Şurasının Varşavada keçirilən III zirvə görüşü zamanı prezident İ.Əliyev Türkiyənin baş naziri R.T.Ərdoğan ilə görüşüb.

24-25 may 2005-ci il tarixində Türkiyə prezidenti Ə.N.Sezər H.Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan hissəsinin istismara verilməsi mərasimində iştirak etmək məqsədilə ölkəmizə işgüzar səfər edib. Mərasim çərçivəsində Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu xətti layihəsi haqqında Bəyannamə və Sərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi imzalanıb.

27 iyun 2005-ci ildə xarici işlər naziri E.Məmmədyarov Türkiyənin baş nazirinin müavini və xarici işlər naziri A.Gülün dəvəti ilə Ankaraya səfər edib.

29-30 iyun 2005-ci ildə Türkiyənin baş naziri R.T.Ərdoğan Azərbaycana rəsmi səfər edib, prezident İ.Əliyev, baş nazir A.Rasi-zadə, Milli Məclisin Sədri M.Ələsgərovla görüşüb, Milli Məclisdə çıxıs edib.

12 oktyabr 2005-ci ildə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin inşasının başa çatması və kəmərin xam neftlə doldurulması münasibətilə təntənəli mərasimdə iştirak edən prezident İ.Əliyev türkiyəli həmkarı Ə.N.Sezərlə görüşüb.

8-12 fevral 2006-cı ildə Milli Məclisin sədri Oqtay Əsədov və onun basçılıq etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri B.Arınçın dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.

4-6 aprel 2006-cı il tarixində Türkiyə prezidenti Ə.N.Sezer və onun başçılıq etdiyi nümayəndə heyəti dövlət başçısı İ.Əliyevin dəvətilə Azərbaycanda rəsmi səfərdə olub.

5-6 may 2006-cı il tarixində Türkiyənin ban naziri R.T.Ərdoğan İƏT-nin zirvə toplantısında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olub. Səfər zamanı R.T.Ərdoğanı prezident İ.Əliyev qəbul edib.

12-13 iyul 2006-cı ildə prezident İ.Əliyev və onun başçılıq etdiyi nümayəndə heyəti üzvləri Bakı-Tbilisi-Geyhan neft boru kəmərinin açılış mərasimində iştirak etmək məqsədilə Türkiyədə səfərdə olublar.

3 sentyabr 2006-cı ildə prezident İ.Əliyev İKT Dialoq və Əməkdaslıq Uğrunda Gənclər Forumunun İstanbulda yerləşən daimi qərərgahının açılış mərasimində iştirak etmək məqsədilə Türkiyədə səfərdə olub.

17-19 sentyabr 2006-cı il tarixində prezident İ.Əliyev Türk Dövlət və İcmalarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Birliyi (TÜDEV) tərəfindən Antalyada keçirilən “10-cu Türk Dövlət və İcmalarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq” qurultayında iştirak etmək məqsədilə Türkiyədə səfərdə olub.

17 noyabr 2006-cı ildə prezident İ.Əliyev Antalya şəhərində keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak edib.

8-9 mart 2007-ci il tarixində baş naziri R.T.Ərdoğan, Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində R.T.Ərdoğan prezident İ.Əliyevlə görüşüb.

25-26 iyun 2007-ci il tarixində prezident İ.Əliyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci zirvə görüşündə iştirak etmək məqsədilə Türkiyədə səfərdə olub.

6-8 noyabr 2007-ci il tarixində Türkiyə prezidenti Abdulla Gül Azərbaycana rəsmi səfər edib.

17 noyabr 2007-ci ildə Türkiyənin baş naziri R.T.Ərdoğan, “Türk dövlət və icmalarının XI dostluq, qardaşlıq və əməkdaşlıq” qurultayında iştirak etmək məqsədilə Azərbaycana səfər edib.

18 noyabr 2007-ci ildə prezident İ.Əliyev, Türkiyə-Yunanıstan təbii qaz kəmərinin açılış mərasimində iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər edib.

5-6 noyabr 2008-ci il tarixində prezident İ.Əliyev Türkiyənin dövlət başçısı A.Gülün dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub, türkiyəli həmkarı A.Gül, baş nazir R.T.Ərdoğanla görüşüb, Böyük Millət Məclisində çıxış edib.

«Media forum»

Hiç yorum yok: