azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Nisan 2009 Pazartesi

Haluk İpək: "Aprelin 16-da Türkiyə-Ermənistan sərhədləri açılmayacaq" "Türkiyə hər zaman Qarabağ problemi həll edilmədən sərhədlərin açılmayacağını bə

Haluk İpək: "Aprelin 16-da Türkiyə-Ermənistan sərhədləri açılmayacaq"
"Türkiyə hər zaman Qarabağ problemi həll edilmədən sərhədlərin açılmayacağını bəyan edib"

"Mən konkret deyirəm ki, altı gün sonra, yəni aprelin 16-da Türkiyə-Ermənistan sərhədləri açılmayacaq". Bu sözləri APA-ya açıqlamasında AKP-dən olan millət vəkili Haluk İpək bildirib. Türkiyədə hakim partiyanı təmsil edən deputat ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb. H.İpək son altı-yeddi ildə iştirak etdikləri bütün beynəlxalq tədbirlərdə bu sualın onlara verildiyini, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı mövzuya müraciət edildiyini deyib: "Ancaq Türkiyə hər zaman Qarabağ problemi həll edilmədən sərhədlərin açılmayacağını bəyan edib. Son altı-yeddi ildə hər həftə, hər ay, iki aydan bir Azərbaycan mətbuatı davamlı olaraq sərhədlərin açılacağını yazsa da, bu, baş verməyib. Mən qəti olaraq bildirirəm ki, Türkiyənin Azərbaycana qarşı siyasəti dəyişməyib, biz əvvəlki mövqeyimizdən çəkilməmişik".

Hiç yorum yok: