azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

2 Ağustos 2008 Cumartesi

Rusiya MDB işləri üzrə federal agentlik yaradır

Rusiya MDB işləri üzrə federal agentlik yaradır


Rusiya Xarici İşlər Nazirliyi MDB işləri üzrə federal agentlik yaradılması ilə bağlı hökumətə təkliflər göndərib. lent.az-ın məlumatına görə, agentlik ABŞ-ın USAID təşkilatı kimi beynəlxalq humanitar əməkdaşlıq və həmvətənlərlə əlaqələr məsələləri ilə məşğul olacaq.
Yeni hökumət strukturunun tezliklə yaradılacağı barədə Rusiya Xarici İşlər Nazirliyinin birinci MDB ölkələri departamentinin direktoru Vyaçeslav Şumski «Kommersant» qəzetinə bildirib. Onun sözlərinə görə, sənəd işçi xarakter daşıyır və hazırda idarələrarası razılaşdırılma mərhələsindədir. XİN nümayəndəsi avqust ayında sənədin müvafiq prosedurlardan keçəcəyinə və bundan sonra hökumət agentliyin yaradılması haqqında qərar veriləcəyinə ümid etdiklərini vurğulayıb.

--------------------------------------------------------------------

Pekin təmizlənir


Çin hökuməti olimpiadaya hazırlaşır

Olimpiadaya hazırlaşan Çin hökuməti çirklənmənin qarşısını almaq üçün təcili tədbirlər görməli olub. Daha 200 fabrikin fəaliyyəti dayandırılıb, maşınların hərəkətinə daha çox məhdudiyyət qoyulub.
Pekində ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün ayın əvvəlindən tədbir görülüb, tikintilər dayandırılıb, şəhərdəki 3 milyon nəqliyyatın yarısı yollardan çıxarılıb, paytaxt və paytaxt ətrafında fabriklərin çoxu bağlıdır.
Pekin o qədər çirkli şəhərdir ki, olimpiadaya gedən idmançıların xeyli hissəsi Yaponiyada, Cənubi Koreyada qalır. Bəziləri yalnız oyun günü Pekinə getmək fikrindədirlər.
Olimpiya oyunları avqustun 8-də başlayır.

bizimyol

Hiç yorum yok: