azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

31 Temmuz 2008 Perşembe

AŞ PA sədri: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

AŞ PA sədri: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir



Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Luis Maria de Puc iyulun 22-24-də Ermənistana rəsmi səfəri barədə bəyanat yayıb.

AŞ-nın Bakıdakı İnformasiya Ofisindən Lent.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, qurumun sədri Ermənistan prezidenti, baş naziri, xarici işlər naziri, parlamentdə təmsil olunan siyasi partiyaların üzvləri, respublikanın insan hüquqları müdafiəçisi, bütün ermənilərin katolikosu və keçmiş prezident Levon Ter-Petrosyanla keçirdiyi görüşlərdə martın 1-də və 2-də Yerevanda baş vermiş hadisələrlə bağlı AŞPA-nın qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vəziyyətini müzakirə edib.
Görüşlərdə Luis Maria de Puç mart hadisələri zamanı saxlanılmış şəxslərlə bağlı müstəqil məhkəmə prosesinin keçirilməsini və günahsız insanların tezliklə azad olunmasını tələb edib. Bu məsələ yaxın bir neçə həftə ərzində öz həllini tapmalıdır.
Luis Maria de Puç qeyd edir ki, Ermənistan rəsmiləri qətnamələrdən irəli gələn vəzifələrin yerinə yetirilməsini AŞPA-nın gələn ilin yanvarında keçiriləcək qış sessiyasına kimi gözləməməlidirlər. Ermənistan verdiyi vədlər üzrə konkret addımlar atmalıdır.
AŞPA sədri bəyanatında ölkə rəhbərliyi ilə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında fikir mübadiləsi apardığını bildirir, rəhbərlik etdiyi təşkilatın münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayır.
Sədr ATƏT-in Minsk qrupunun münaqişənin beynəlxalq hüquq normalarına hörmət, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair mövqeni dəstəklədiyini bildirir.
Luis Maria de Puç AŞPA-nın münaqişənin həlli istiqamətində Azərbaycana və Ermənistana hərtərəfli kömək göstərməyə hazır olduğunu bəyan edib.



LENT.AZ

Hiç yorum yok: