azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Temmuz 2008 Çarşamba

Güney Azərbaycan milli Simgəsi !

Güney Azərbaycan milli Simgəsi !



Güney Azərbaycan milli simgəsi təklifi daxildə fəaliyət göstərən bir qrup milli gənclərimizin tərəfindən ortaya çıxdıqdan sonra çeşitli dartışma və yazışmalara səbəb olmuşdur. Bölünmədən, özəlliklə Türkçü və milli təfəkkürlülərin parçalanmasından diskinən bəzi dostlarımızın çəkingənliyinə baxmıyaraq bu müzakirələr “ Azərbaycan Türk Millətinin “ böyük siyasi inkişafından xəbər verməkdədir. Öz daxilimizdə demokrasi sinavına çevrilən bu təklifi verənlerə birdə ona görə borcluyuk ki, çağdaş milli hərəkatımızın geçmişini, bugününü və gələcəyinin siyasi təhlilini düzgün tərəzidə ölçərək irəliyə doğru böyük bir addım atmışlar.

Bu təklif ətrafında mübahisələr o qədər demokratik, titizlik və milli mənafemizi qoruyacaq biçimdə getdi ki, hər fürsətdən ara qarışdırmaq məqsədi ilə suistifadə etməyə çalışan düşmənin görünmüyən əlləri çaş-baş qaldılar. Bir milli təşkilatımızın adını oğurluyaraq təklif edilən qara ay- ulduzlu simgəni o təşkilatın bayraq təklifi kimi göstərməyə çalışan bildiriş və birdə simgə ilə bayrağı qarışdırmaq istəyən bir- iki yaramaz yazıdan başqa heç bir axsaqlıq yaranmadı. Demokrasi yoxlamasından başarılı çıxan millətimizi təbrik edərək bir daha vurqulamaq istərdim ki” bütün dərdlərin dərmani demokrasidədir”.

Demokrasidən danışarkən bütün müsbət tənqidi fikirlərin azad və üşənmədən ortaya atılmasının vacibliyini və bir birimizə hörmətlə yanaşaraq xətalarımızın sənədləlrlə ortaya qoyulmasını onun bir ayağı kimi qəbul etmək gərəkir. Bu arada bu müzakirələrdəki tənqidlərin azərbaycanlıların ədəb və nəzakətinə yaxışar biçimdə getməsi, başqalarının əleyhinə şayiə, şantaj və qarayaxma çirkinliyindən qurtulacağımızın muşduluqçusu olduğumu vurqulamaq gərəkməkdədir.

Mübahisələrdən anlaşıldığı kimi təqribən heç bir şəxs vəya qrup vəya təşkilat bugünkü ortamda güney Azərbaycana milli simgə, bir daha tikrar edirəm “ milli simgə” yaranması ilə müxalif olmamışdır.

Bu dartışma və müzakirələri bir koordinasyon səhifəsində yerləşdirib, ondan qızıl xətti çıxararaq nəzər və səs vermək hər bir güneylinin haqqı və eyni halda borcudur.

Güneydə fəaliyət göstərən dəyərli bir qrupun bir fərdindən aldığım şəxsi məktubda bu ağır şəraitdə açıq məktub yazamadıqlarından üzülərək ay-ulduzun Türk rəngi olan mavi boyanmasına müsbət baxdıqlarını vurqulamaq istərdim. Bu dəyərli şəxsiyətimizin təklifi beyin yarqanlarımda bir qıvrılma yaratsada seçdiyim qızıl xəttin fayadalarından vaz geçəmədim.

Ona görə, bütün amil və etkənləri nəzərdə alaraq güney Azərbaycan üçün simgə teklifini irəli sürən dəyərli cavanlarımızın önəri və açıqlamalarını yetərli və müsbət dəyərləndirərək onun faydalı olacağına inanıram.

Bu vəsilə ilə, yaxından tanımadığım ancaq yazı və fikirlərindən hər zaman faydalandığım dəyərli yazarımız sayın Aydın bəy Təbrizlinin seçgi sorqusuna münasibət bildirmək üçün bəyan edirəm ki, mən “qara ay – ulduzlu simgəyə” səs verirəm.



Yaşasın Azərbaycan – tanrı Türkü qorusun.



Dərin saygılarımla : Böyük Rəsuloğlu



25.07.2008


salam



1-demokrasi bilgi insaninin yashadigi, yaratdigi bir yashayish terzidir. bilgisiz, bligilenmeyi sevmeyen, bilgilenmekden qorxan bir insan kutlesi uchun, demokrasiden danishmaq bir az luks qachar.



2- guney azerbaycan bayraginin 20.ci yuz ildeki tarixi ile yazdigim qissa yazini, bir sayt xaric, hech bir sayt oz sehifesinde derc etmedi. bunlarin neden xalqin oz gechmishini bilmesini istemediklerini, neden insanlarin bilgilenmesinden qorxduqlarini arashdirmaya deyer bir qonudur. ancaq bu bile tek bashina, bizim demokratik dushunce ve davranishlara ne qeder uzaq oldugumuzun gostergesidir.



3- guney azerbaycan bayraginin 20nci yuzildeki qissa tarixi adli yazimla ilgili chox sayida email aldim. bunlarin bir sirasi turk dovletlerinin bayraqlari ve bir surusu de bayraq, sancaq, perchem kimi sozlerin haqqinda idi. men bu iki qonu haqqinda ayrintili birer yazi yazmaqda oldugum uchun, bunlari indice yanitlamaya gerek gormurem.



4- emaillerdeki oteki dushunce ve onerileri goz onune alaraq, yazdigim yazini gozden gechirib, bir neche deyishiklik ve eklenti yapdim. gozden gechirilmish yazini bu emaile attach etmishem.



5- guney azerbaycan bayragi ile ilgili tartishmalarda, sixca 'simge" kelemesi ishledilir. bu keleme, firansizca simbol teleffuzlu kelemeye benzeshdirilerek, sim kokune ge eki artirilaraq yapilmishdir. oysa turkcede sim diye bir ek yoxdur. dolayisi ile bu keleme uydurmadir.



Sozumuz, a window opening to the life/culture of the turkish nation of iran/south azerbaijan:
http://sozumuz.blogspot.com/
http://sozumuz-turk-dovletler.blogspot.com/
http://elobaoymaqlarimiz.blogspot.com/ http://demoqrafi.blogspot.com/
http://tomarlar.blogspot.com/http://xatun.blogspot.com/

Hiç yorum yok: