azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

29 Temmuz 2008 Salı

"Türkiyə Azərbaycanla konfederasiya qurmalıdır"

"Türkiyə Azərbaycanla konfederasiya qurmalıdır"

BÜLƏNT AKARCALI: "QARABAĞIN İŞĞALI BİTMƏDƏN XALQ SƏRHƏDLƏRİ AÇAN HÖKUMƏTİ LƏNƏTLƏYƏR"

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı məsələ gündəmdə qalmaqdadır. İki ölkə arasında danışıqların getməsinə baxmayaraq, Türkiyə rəsmiləri bu məsələdə mövqeyin dəyişməz olduğunu bildirirlər.

Türkiyənin sabiq səhiyyə, sosial yardım və turizm naziri, millət vəkili olmuş Bülənt Akarcalı "525"ə müsahibəsində bu barədə fikirlərini açıqlayıb. Qeyd edək ki, Azərbaycanda da yaxşı tanınan Bülənt Akarcalı həm də saxta erməni soyqırımına qarşı Avropada geniş miqyasda mübarizə aparan sima kimi tanınıb.



- Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mümkündürmü və bu, hansı şərtlər daxilində ola bilər?

- Sərhədlərin açılması Ermənistanla Azərbaycanın Qarabağ məsələsində anlaşması olmadan mümkün deyil. Türkiyə-Ermənistan sərhədləri Qarabağ işğal edildiyi üçün qapadılıb. Qapanma səbəbi olan işğal ortadan qalxmadan sərhədlərin açılması mümkün deyil. Bu vəziyyət davam etdikcə sərhədlər açılmayacaq. Türk xalqının 99 faizi belə düşünməkdədir. İşğal bitmədən sərhədləri açan hökumət milli bir davaya xəyanət etmiş olar və bu türk xalqı tərəfindən lənətlənər.

- Türkiyə bu məsələdə Azərbaycanı gözə alaraq Ermənistanla razılığa gələ bilərmi?

- Xeyr. Amma bilmək lazımdır ki, sərhədləri bağlama qərarını Türkiyə Qarabağın işğalından sonra özü verdi. Yəni sərhədləri açacaq hökumət öncə türk millətini gözə almalıdır.

- Türkiyə ilə Ermənistan arasında 2002-ci ildən gizli danışıqların aparılması nəyə xidmət edir?

- Hər cür ixtilaflar aradan qaldırıldığı kimi dünyanın görməsi üçün bu danışıqlar aparılır. İsrail ilə İraq, İranla Amerika, Kıbrıs üçün türklərlə rumlar, Qarabağ üçün isə Azərbaycanla Ermənistan belə danışıqlar aparırlar. Bu danışıqlar problemlərin aradan qalxmasına xidmət etsə də, bir nəticə hasil olmur.

- Sizin Türkiyə-Ermənistan danışıqları barədə xəbəriniz vardımı?

- Bəli. Mən də zamanında Azərbaycan, Ermənistan və Türkiyə qəzetçilərini beş dəfə bir araya gətirmişəm. Əvvəl Türkiyədə, sonra isə Bakı və İrəvanda.

- Əgər Türkiyə Ermənistanla yaxınlaşarsa, bu, Azərbaycanın təklənməsi olmazmı?

- Türkiyə ilə Azərbaycan eyni atadan olan iki doğma qardaş kimidir. Dünyanın batması ola bilər, amma Azərbaycanı təkləyəcək Türkiyə, Türkiyəni təkləyəcək Azərbaycan ola bilməz.

Türkiyə Azərbaycanın razılığı olmadan bu sahədə heç bir şey etməz. Bizim Azərbaycanla münasibətlərimiz milli siyasətdir. Bu siyasət günlük baş verən hadisələrlə dəyişməz. Ermənilər həm Azərbaycan torpaqlarını işğal edəcək, onların ucbatından bir milyon insan qaçqın və məcburi köçkün kimi yurd-yuvasından ayrı düşüb zor şərtlər altında yaşayacaq, həm də hər yerdə türkləri saxta soyqırımla ittiham edəcəklər. Sonra da "gəl, sərhədləri aç, mənimlə yaxşı münasibətlər qur" deyəcəklər.

Belə bir şey olmaz. Bu cür durumu qəbul edəcək hökumət də Türkiyə də yoxdur və olmaz da. Bunların xaricində məni üzən bir məqam var. Bu da ondan ibarətdir ki, Türkiyə ilə Azərbaycan arasında gediş-gəliş üçün viza rejimi mövcuddur. Bakı Hava Limanında Türkiyədən gələnlər çox gözləməli olurlar. İki ölkə arasında viza aradan qaldırılmalı və girişlər sərbəst olmalıdır. Yeni qatar reysləri çəkilməyə başladı. İki il sonra bu xətlər işləyəcək. Amma vizaya görə sərhədlərdə saatlarca gözləməli olacağıq. Türkiyə ilə Gürcüstan arasında viza rejimi götürüldü.

2008-ci ildən başlayaraq, türklər Gürcüstana, gürcülər isə Türkiyəyə vizasız gəlirlər. Buna görə Avropa da, Amerika da, erməni diasporu da bizə istehza edir və aşağılıyırlar. Deyirlər ki, türklərlə azərbaycanlılar qardaş olduqlarını yalan söyləyirlər. Əslində belə deyil. Qardaş qardaşın evinə icazə, yəni viza ilə girərmi? Düşünürəm ki, bu viza məsələsi bir an öncə çözülməlidir. Gələcək ilərdə Türkiyə Azərbaycanla bir konfederasiya qurmalı və millətlərarası münasibətlərdə tək dövlət kimi hərəkət etməlidir. Bu edilərsə Amerika, Rusiya, Avropa Birliyi ilə münasibətləri çox inkişaf edər. Türkiyə və Azərbaycan dünyanın on ən güclü dövlətləri sırasında olar.
P.SULTANOVA

Hiç yorum yok: