azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

2 Ağustos 2008 Cumartesi

İran Ermənistanı strateji müttəfiq sayır

İran Ermənistanı strateji müttəfiq sayır

İran və Ermənistan tarixi-mədəni abidələrin araşdırılması üçün birgə komissiya yaradıb. O da diqqət çəkir ki, Tehran Cənubi Azərbaycan ərazisindəki bir sıra abidələrin ermənilərin adına çıxılması istiqamətində bu vaxta qədər göstərdiyi səyləri də gücləndirib. Cənubi Azərbaycan ərazisində V əsrə aid "Qarakilsə"ni, dünyadakı ən qədim kilsələrdən birini YUNESKO-nun erməni abidəsi kimi qeydə alması üçün artıq fars-molla rejimi altıncı dəfədir ki, müraciət edir. Kilsənin ermənilərə məxsusluğunu təsdiqləmək üçün İrəvanla birgə "sübutlar" toplayır.

Rəvan Məmmədli

Digər tərəfdən, işğalçı Ermənistanla iqtisadi, hərbi sahədə də əlaqələrini ili-ildən genişləndirən cənub qonşumuz bundan narazı qalan Azərbaycanı ABŞ və İsraillə əlaqələr qurmaqda günahlandırır. Xatırladaq ki, hələ I Qarabağ müharibəsi zamanı, qızğın döyüşlər getdiyi dönəmdə İran Ermənistanı ərzaq və digər zəruri mallara təmin edib, Azərbaycanın bu ağır duruma düşməsində əsas rollardan birini oynayıb. Müsəlman dünyasının həmrəyliyinin zəruriliyindən danışmasına baxmayaraq, bu dövlətin nümayəndəsi BMT Baş Assambleyasında ərazi bütövlüyümzlə bağlı keçirilən son səsverməyə belə qatılmayıb. Yəni hər addımda Azərbaycana düşmən münasibət gizlədilməyib, Xəzər dənizində belə sektorumuza qarşı iddia ortaya qoyulub, gəmilərimizə atəş açılması hədəsi səsləndirilib. Belə olan halda Tehranın Azərbaycanı hər hansı dövlətlə əlaqələr qurmaqda günahlandırması nəinki diplomatik, heç etik normalara da sığmır. Tarixi Azərbaycan torpaqlarındakı abidələrin farslaşdırılmasıyla bərabər erməniləşdirilməsi prosesini sürətləndirmək üçün yaradılan birgə komissiya isə əlavə şərhə yer qoymur.
Məsələylə bağlı fikirlərini açıqlayan tarixçi-professor, Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli deyir ki, mədəni-tarixi abidələrin araşdırılması üçün yaradılan birgə komissiyaya İran-Ermənistan münasibətlərinin kontekstində yanaşmaq lazımdır. Tehran-İrəvan münasibətlərinin daha da dərinləşməsi, genişlənməsi işğalçı Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanın maraqlarına uyğun deyil: "Məsələyə bu cür yanaşdıqda görürük ki, İran Ermənistanla əlaqələri genişləndirməklə regionda özünün strateji müttəfiqini müəyyənləşdirib və Azərbaycanla münasibətlər bu strateji müttəfiqliyin kölgəsində qalır". Onun sözlərinə görə, yaradılan birgə komissiyanı tarixi Azərbaycan abidələrinin bir tərəfdən farslaşdırılması, digər tərəfdən erməniləşdirilməsi yönündə layihənin tərkib hissəsi kimi qiymətləndirmək olar: "Nə qədər ki, Cənubi Azərbaycan ən azı ciddi bir muxtariyyata sahib deyil, deməli, öz tarixi-mədəni abidələrinə sahiblik hissi və imkanı olmayacaq".
xalqcebhesi

Hiç yorum yok: