azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Temmuz 2008 Çarşamba

Əhmədinejad Amerikanın NBC kanalına müsahibə verib

Əhmədinejad Amerikanın NBC kanalına müsahibə verib






“Yeni Şərq”in İRİB-ə istinadən yaydığı məlumata görə, İranın prezidenti Mahmud Əhmədinejad Amerikanın nüfuzlu NBC televiziya kanalına eksklüziv müsahibə verib. O bildirib ki, Amerikanın dövlət rəsmiləri əgər İran xalqı ilə əməkdaşlıq etmək istəyirlərsə, hədələri kənara qoymalıdırlar. Əhmədinejad deyib: Bütün dünya xalqları dünyanın hazırkı vəziyyətindən narahat və narazıdırlar. Çünki dünyanın hazırkı vəziyyəti bəşəriyyətin yeri və şəni ilə heç bir əlaqəsi yoxdur və qorxu, nifrət, ayrı-seçkilik və ədalətsizlik kölgəsi bəşər ictimaiyyətini ürək ağrısına salıbdır.
İran prezidenti dünyanın hazırkı vəziyyətinin dəyişdirilməsini və problemlərin köklərinin tanınmasına ehtiyaclı bilərək xatırladıbdır ki, dünya və insana maddi baxış, birtərəfli görünüş və istilaçılıq peyğəmbərlərin təlimlərindən və insani dəyərlərdən uzaqlaşmaq dünyadakı hazırkı vəziyyətin köküdür.
Əhmədinejad əlavə edib: Dünyanın hazırkı vəziyyətinin yaxşılaşdırılması üçün həll yolu bəşəriyyətin hərəkət səmtinin tövhid, ədalət, sülhsevər və insanlara məhəbbət bəsləmək kimi dəyərlər və İlahi peyğəmbərlərin təlimlərinə doğru olmasıdır və əgər belə bir atmosfer hakim olarsa, dünya sülh və stabillik ilə dolar və problemlərin kökü də qurudular.
İran prezidenti öz söhbətlərinin davamında vurğulayıb ki, 50 ildən çoxdur ki, Amerika siyasətçilərinin rəftarı İran xalqı ilə qarşılaşmağa əsaslanıbdır və İran xalqı da bu vəziyyətə adət edib və öz yaşayışlarını da ona əsasən tətbiq ediblər. Amerika rəsmilərinin hazırkı rəftarları keçmiş 50 ildəki davranışların davamı olarsa, İran xalqı yenə də öz hüququ və istiqlaliyyətini müdafiə edəcəkdir, amma yeni bir davranış dəyişikliyi baş verərsə, o zaman yeni bir şəraitlə üzləşirik və İran xalqının cavabı da ona müsbət olacaqdır.
Əhmədinejad öz söhbətlərinin davamına əlavə edib: Heç kim İran xalqı ilə sanksiya və hədə dililə danışa bilməz və belə bir davranış tərzi də məsələnin həllinə yardım etməyəcək.
Yeni Şərq

Hiç yorum yok: