MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN ÜNVANI – ZİYARƏTGAHLARIMIZ
Azərbaycan tarixinin tədqiq edilməsi ayrı-ayrılıqda bütün bölgələrimizin keçmişinin öyrənilməsini zəruri edir. Qədim yaşayış məskənlərindən olan cənub zonasında da öyrəniləsi kifayət qədər çox yerlər var. «Babagil» ziyarətgahı Lənkəran-Lerik yolunun 40-cı kilometirliyində yerləşir. Pir ölkə əhəmiyyətli abidə kimi XV-XVI əsrlərə aid edilir. Tarixi mənbələrə əsasən İranın Kəskər vilayətindən bura köç edən seyid, 7-ci İmam Museyi-Kazımın nəslindən olub. Xalq arasında böyük rəğbət qazandığından onun və yaxınlarının məskunlaşdığı bu ziyarətgah «Babagil» adlandırılıb. Qədim yaşayış yerində müxtəlif qəbir daşları və qoç heykəlləri var. Müqəddəs yer sayıldığından burada nə varsa indiyədək olduğu kimi qorunub saxlanılıb. Eləcədə inanclar. Ziyarətgahda min ilə yaxın yaşı olan ağaclarla yanaşı başqa bölgələrdə rast gəlinməyən bir ağac növü də bitib. Şimşad ağacının nədən yalnız pirlərin ətrafını bəzəməsi bizə sirdir. Daşlar üzərində əks olunan fiqurlar kimi.
versiya
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder