azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Temmuz 2008 Pazartesi

Naxçıvan-İğdır-Tuzluca avtomobil yolu bu ilin sonunadək istifadəyə veriləcək

Naxçıvan-İğdır-Tuzluca avtomobil yolu bu ilin sonunadək istifadəyə veriləcək

Yaxın gələcəkdə Naxçıvan, Qars və İğdırı bir-birinə bağlayacaq dəmiryolu xətti də çəkiləcək

129 kilometrlik Naxçıvan-İğdır-Tuzluca avtomobil yolu bu ilin sonunadək istifadəyə veriləcək. Bu barədə Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım bildirib. Iğdır vilayətinin Naxçıvana açılan bir qapı olduğunu qeyd edən Binəli Yıldırım onu da əlavə edib ki, yaxın gələcəkdə Naxçıvan, Qars və İğdırı bir-birinə bağlayacaq dəmiryolu xətti də çəkiləcək. Bu dəmiryolu vasitəsilə İrandan da yüklərin daşınması həyata keçiriləcək ki, bu da sözügedən regionun inkişafına təkan verəcək. Binəli Yıldırım hələ 1997-ci ildə təməli qoyulmuş İğdır hava limanının maliyyə problemləri üzündən inşa edilə bilmədiyini xatırladaraq, bu mühüm obyektin tikintisinə gələn il başlanacağını və 2010-cu ildə istifadəyə veriləcəyini də vurğulayıb. /ANS TV/

Hiç yorum yok: