azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Temmuz 2008 Pazartesi

29 nəfər Tehranın Evin həbsxanasında edam olundu


Edam hökmünün icra olunduğu Tehranın Evin həbsxanası


29 nəfər Tehranın Evin həbsxanasında edam olundu

İranın dövlət televiziyasının internet saytına yerləşdirdiyi məlumata görə qətldə, narkotik alverində və digər cinayətlərdə ittiham olunan 29 nəfər Tehranın Evin həbsxanasında edam olunub.

Edam olunanlar arasında zorakılıq, silahlı basqın və oğurluqda ittiham olunanlar da var. Ölkənin ali məhkəməsi ölüm hökmü haqqında qərar çıxardıqdan sonra edam həyata keçirilib.

Bununla da 2008-ci ildə İranda edam olunanların sayı artıq yüzə çatıb. Ölüm hökmü verilərək edam olunanların sayına görə İran dünyada irəlidə gedən ölkələrdən biridir.
azadliqradiosu

Hiç yorum yok: